10 avqust 2026. Bazar ertəsi

Mövsümün rekordu təkrarlandı

Azərbaycan Premyer Liqasının XVI turunun üç oyunda böyük hesab qeydə alınıb.


Mövsümün rekordu təkrarlandı

Azərbaycan Premyer Liqasının XVI turunun üç oyunda böyük hesab qeydə alınıb. 90deqiqe.az xəbər verir ki, “Qarabağ” “Sumqayıt”a 6:1, “Kəpəz” “Qəbələ”yə 3:0, “Sabah” isə “Səbail”ə 4:0 hesabı ilə qalib gəlib.

Üç günü əhatə edən turda hər günə bir böyükhesablı nəticə düşüb. Bununla mövsümün rekordu təkrarlanıb. Buna qədər yalnız mövsümün ilk turunda üç böyükhesablı qələbə qazanılmışdı.

Avqustun 4-6-sı aralığına təsadüf edən açılış turunda “Araz-Naxçıvan” “Turan Tovuz”a 0:3, “Səbail” “Sumqayıt”a 1:4, “Qəbələ” isə “Sabah”a 0:5 hesabı ilə uduzub.

Ümumiyyətlə, bu mövsümün 16 turunda 15 dəfə böyükhesablı nəticə qeydə alınıb. Bunun 8-ni ev sahibləri, 7-ni isə qonaqlar bacarıb.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı