10 avqust 2026. Bazar ertəsi

Premyer Liqada son iki ilin rekordu

Azərbaycan Premyer Liqasının XVI turunda qapılara 19 qol vurulub.


Premyer Liqada son iki ilin rekordu

Azərbaycan Premyer Liqasının XVI turunda qapılara 19 qol vurulub. 90deqiqe.az xəbər verir ki, bu, həm cari mövsümün, həm də son iki ilin rekordunun təkrarlanması deməkdi.

Geridə qalan turda “Qarabağ” “Sumqayıt”ı 6:1, “Neftçi” “Turan Tovuz”u 3:2, “Sabah” “Səbail”i 4:0, “Kəpəz” isə “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edib. Təkcə “Zirə” - “Araz-Naxçıvan” qarşılaşmasında qol səsi çıxmayıb.

Bu tur orta məhsuldarlıq 3,80 olub. Cari mövsümün X turunda da 19 qol qeydə alınmışdı ki, orada da orta məhsuldarlıq 3,80 idi.

Sonuncu ən yüksək məhsuldarlıq isə 2021-22 mövsümündə, yəni 25 ay əvvələ təsadüf edib. 2021-ci ilin noyabrında keçirilən 4 qarşılaşmada 17 qol olub ki, bu da orta məhsuldarlığın 4,25-ə bərabər olması deməkdi.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı