22 iyun 2026. Bazar ertəsi

“Neftçi” üçüncü yerdə olmağa layiq deyil

“Qol vurmaqla bağlı komanda yoldaşlarıma məsləhət verə bilmərəm. Müdafiəçi kimi öz işimi görməyə çalışıram. Qol imkanım olanda da bundan yararlanıram”.


“Neftçi” üçüncü yerdə olmağa layiq deyil

“Qol vurmaqla bağlı komanda yoldaşlarıma məsləhət verə bilmərəm. Müdafiəçi kimi öz işimi görməyə çalışıram. Qol imkanım olanda da bundan yararlanıram”.

90deqiqe.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Yuri Matias mətbuat konfransında deyib.

28 yaşlı futbolçu Premyer Liqada qərarlaşdıqları üçüncü pillədəki mövqedən razı deyil: “Qarabağ”la xal fərqimiz çoxdu, bunu başa düşürük. “Neftçi” üçüncü yerdə olmağa layiq deyil. Azarkeşlərin narazılığını normal qarşılayıram. Heyətimiz yeni qurulub. Asan proses deyil. Ancaq daha yaxşı nəticə qazana və azarkeşləri sevindirə bilərik”.

Braziliyalı oyunçu “Neftçi”də uzun müddət qalmağı planlaşdırır: “Karyeramda harada oynamışamsa, ən azı 3 il orada qalmışam, uğur qazanmağa çalışmışam. “Neftçi”də də məni hər kəs yaxşı qarşıladı. Bu, mənə əlavə motivasiya verdi. Komandamla böyük uğurlar qazanmaq istəyirəm”.

Matias “Qarabağ”ın bu gün İsveç klubu “Hekken”ə qarşı Avropa Liqasının qrup mərhələsində keçirəcəyi matça da toxunub: “Qarabağ”ın qələbə qazanmasını istəyirəm. Bu komanda yaxşı heyətə malikdi. Bilirəm ki, qarşılaşma Azərbaycan üçün böyük önəm daşıyır”.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu dekabrın 18-də keçiriləcək.

 







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı