6 may 2026. Çərşənbə

"Araz-Naxçıvan" "Sabah"a, "Səbail" "Qəbələ"yə qalib gəldi

Azərbaycan Premyer Liqasında bu gün XVII turun oyunları keçirilir.


"Araz-Naxçıvan" "Sabah"a, "Səbail" "Qəbələ"yə qalib gəldi

Azərbaycan Premyer Liqasında bu gün XVII turun oyunları keçirilir. 90deqiqe.az xəbər verir ki, bu gün daha 2 matç keçirilib. 

 Əvvəlcə "Səbail" "Qəbələ"ni qəbul edib. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.Rəqibin qapısından 3 cavabsız top keçirən "Səbail" 26 xalla turnir cədvəlində 3-cü yerə yüksəlib. "Qəbələ" isə axırıncı yerdə qalıb.

Digər oyunda isə "Araz-Naxçıvan" "Sabah"la üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanıb.Bununla Azər Bağırovun yetirmələri xal ehtiyatını 26-ya çatdırıb. Murad Musayevin kollektivi isə 22 xalda qalıb.

Qeyd edək ki, turun ilk oyununda dünən “Kəpəz”lə “Sumqayıt” heç-heçə (1:1) edib. Sabah “Turan Tovuz” – “Zirə”, dekabrın 18-də isə “Qarabağ”– “Neftçi” matçları keçiriləcək.

Premyer Liqa
XVII tur
15 dekabr (cümə)

“Səbail” – “Qəbələ” - 3:0
Qollar: Yadin Luqasi, 18, İlkin Qırtımov, 52 (avtoqol), Aleksandr Ramalinqom, 60 (pen.)
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Asiman Əzizli, Emin Əliyev
“ASCO Arena”


“Araz-Naxçıvan” – “Sabah” - 2:0
Qollar: Boyan Letiç, 39-öz qapısına, Turan Manafov, 71

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev

“Dalğa Arena”







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi