10 avqust 2026. Bazar ertəsi

Adrian Mutu: Məğlub olmağımız utancvericidir

“Çətin oyun idi, güclü rəqibə qarşı çıxış edirdik”.


Adrian Mutu: Məğlub olmağımız utancvericidir

“Çətin oyun idi, güclü rəqibə qarşı çıxış edirdik”.

90deqiqe.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib. Premyer Liqanın XVII turunda “Qarabağ”ın qonağı olan paytaxt klubu 0:2 hesabı ilə məğlub olub.

Rumıniyalı mütəxəssis görüşün ardından mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Futbolçularım əzmkar mübarizə aparmağa çalışdılar. Məğlub olmağımız utancvericidir. İrəlidə top saxlamağa çalışdıq, amma sonda məğlub olduq”.

Baş məşqçi hücumçularından daha yaxşı oyun gözlədiyini söyləyib: “Bu gün hücum xəttində olan bütün oyunçuları meydançaya buraxmışdım. Onlardan daha yaxşı performans gözləyirəm”.

O, Xankəndi yolunda baş verən qəzadə ağır xəsarət alan Peşəkar Futbol Liqasının əməkdaşlarına şəfa diləyib.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı