23 oktyabr 2024. Çərşənbə

“Braqa” ilə oyunlar bizim üçün böyük təcrübə olacaq

“Futbolçularımı təbrik edirəm, vacib qalibiyyət əldə etdik”. 


“Braqa” ilə oyunlar bizim üçün böyük təcrübə olacaq

“Futbolçularımı təbrik edirəm, vacib qalibiyyət əldə etdik”. 

90deqiqe.az xəbər verir ki,  bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis komandasının çıxışından razılıq bildirib: “Bəzi oyunlardan sonra oyunçularda arxayınlıq olur. Belə anlarda xarakter göstərmələri mühümdür. Bu gün dinamika bir az aşağı idi. Rəqib də yaxşı müdafiə olunurdu. Qalibiyyət üçün çox əziyyət çəkdik. “Neftçi” də baş məşqçinin tapşırığını sona kimi yerinə yetirdi. Nadir hallarda onlarda boşluq tapırdıq. Oyunçularımın hər birindən razı qaldım”.

O, bu raunddakı rəqibləri olan Portuqaliya təmsilçisi “Braqa”nın güclü komanda olduğunu bildirib: “Fikrim “Neftçi” ilə oyunda olduğu üçün püşkatma ilə çox maraqlanmadım. Potensial rəqiblərin hər biri ciddi komanda idi. Portuqaliya klubları avrokuboklara ən ciddi yanaşan, möhkəm komandalardır. “Braqa” ilə oyunlar bizim üçün böyük təcrübə olacaq. Rəqiblə maraqlandıqdan sonra daha yaxşı məlumat verə biləcəyik. Yaxşı futbol göstərməyi bacaran kollektivdir. Matça hələ iki aya yaxın vaxtımız var”.

Qurban Qurbanov Premyer Liqada lider olmalarına baxmayaraq, bütün görüşlərə ciddi yanaşdıqlarını söyləyib: “Hamımız Azərbaycan futbolu üçün çempionat keçiririk. Bu gün biz uğurluyuq. Ola bilər ki, sabah digərləri olsun. Özümüzü digərlərindən ayırmaq bizə mane ola bilər. Mövsümün əvvəlində də xal itkilərimiz oldu. Rəqiblər haqda getdikcə daha çox məlumatlar olur. Rəqiblər bizi daha yaxından analiz edirlər. Hər oyunda istənilən nəticə ola bilər. Hər matçda daha məsuliyyətli olmalıyıq”.

O, əvəzetmələrin uğurlu olmasına da münasibət bildirib: “Dəyişikliklər oyunun gedişatına görə oldu. Birdən-birə üç əvəzetmə etdik. Həm də bəzi oyunçularda yorğunluq hiss olunurdu. Hamidu Keyta çox matçda sonradan meydançaya çıxaraq ya qol vurur, ya da assist edir”.

Baş məşqçi Azərbaycan Kubokunun 1/8 final mərhələsinin MOİK-lə oyununun dekabrın 21-də Xankəndidə keçiriləcəyi üçün sevindiyini bildirib: “Təəssüratlarımız çox xoşdur. Oyunu səbirsizliklə gözləyirik. Təəssüratlatım barədə matçdan sonra danışa bilərəm. Yaxşı nəticə əldə etmək istəyirik”.

O, müdafiəçi Kevin Medinanın Avropa Liqasının pley-off mərhələsinə yetişməyəcəyini sözlərinə əlavə edib: “Medina fevrala hazır olmayacaq. Əməliyyatdan sonra bizə məlumat verdilər ki, təxminən 4 ay olmayacaq. Mütləq onun yerinə transfer edəcəyik kimi hədəf qoymamışıq. Amma yaxşı oyunçu olarsa, “yox” demərik. Bəzən elə variant olur ki, onu əldən buraxmaq istəmirik”.

Qurban Qurbanov qış təlim-məşq toplanışı proqramlarının hazır olduğunu deyib: “Vaxt baxımından heç nə edə bilmirik. Yanvarın 5-dən Bakıda olacağıq. İkinci yarı başlayana qədər də bir yerdə olacağıq. Həm çempionat, həm də avrokubok matçları ilə əlaqədar sıx qrafik olacaq. Bu üzdən komandanın tam bərpa olunmasına çalışacağıq. Futbolçularımın sağlam olması mənim üçün vacibdir. Çox istərdim ki, mövsümün sonunda hamısı istirahətə sağlam yollansın. Rəqiblər bizə çox ciddi yanaşırlar. Bu üzdən daha yaxşı olmağa çalışırıq. Çox yoxlama görüşünə vaxtımız da olmayacaq. Bir ciddi rəqib olmalıdır. Ən real variantlardan biri “Zirə” ilə qarşılaşmaqdır. Həmçinin, ikitərəfli bir oyun nəzərdə tutulub”.

O, yerli oyunçularla maraqlandıqlarını gizlətməyib: “Yerlilərdən çox futbolçuya maraq var. Hamı yerli oyunçuya ehtiyac duyur. Bizə təklif olarsa ki, filan oyunçunu satmaq istəyirik, almaq istəyərik”.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir