18 iyul 2026. Şənbə

“Sumqayıt” qış təlim-məşq toplanışını Türkiyədə keçəcək

“Sumqayıt” qış təlim-məşq toplanışını Türkiyədə keçəcək


“Sumqayıt” qış təlim-məşq toplanışını Türkiyədə keçəcək

“Sumqayıt” qış təlim-məşq toplanışını Türkiyədə keçəcək.

90deqiqe.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda 2024-cü il yanvarın 6-da Antalyaya yollanacaq.

Buna qədər, yanvarın 3-də Sumqayıtda toplaşacaq futbolçular üç gün doğma şəhərdə hazırlıq keçəcəklər.

Yanvarın 17-dək Lara bölgəsində yerləşən “Concorde Deluxe” hotelində məskunlaşacaq “gənclik şəhəri” təmsilçisi bu müddətdə 3 yoxlama matçında qüvvəsini sınayacaq. 8, 12 və 16 yanvar tarixlərində baş tutacaq görüşlərdəki rəqiblərin kimliyi hələ ki məlum deyil.







Misli Premyer liqa