10 avqust 2026. Bazar ertəsi

Nazim Süleymanov: “Səviyyə öz sözünü dedi”

“İrəvan” Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Araz-Naxçıvan”a 2:8 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.


Nazim Süleymanov: “Səviyyə öz sözünü dedi”

“İrəvan” Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Araz-Naxçıvan”a 2:8 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

90deqiqe.az xəbər verir ki, I Liqa təmsilçisinin baş məşqçisi Nazim Süleymanov matçdan sonra keçirilən mətbuat konfransında iştirak edib:

– Komandanız niyə darmadağın oldu?

– Darmadağın deyəndə, hesab onu deyir. Amma matçın əvvəlində heç kim bunu deyə bilməzdi. Premyer Liqa ilə I Liqa arasında səviyyə fərqi göz qabağındadır. İndiki futbol sürət futboludur. Səviyyə öz sözünü dedi. Komanda səbrli və nizamlı olmalıdır. Bizdə oyunçularla bağlı çətinliklər var. Ehtiyatda 5 oyunçu olsa da, 3 nəfəri oyuna buraxa bildik. Qapıçılarla birlikdə 17-18 oyunçumuz var. Liqada bir oyunumuz qalıb. Kubok avrokuboklara ən qısa yoldur. İnsanların arzuları var. İştah diş altındadır. Amma səviyyə öz sözünü dedi. “Araz-Naxçıvan”a uğurlar arzulayıram. Futbol səhvlər oyunudur. Kim çox səhv edirsə, o da məğlub olur. Təssüf ki, biz çox səhv etdik.

– Oyundan sonra futbolçulara nə dediz?

– Təbrik elədim. Dedim ki, eybi yox, yeni tarix yazdız. Çempionatdakı son matçdan sonra gələcəklə bağlı planlar quracağıq.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı