17 mart 2026. Çərşənbə axşamı

AFFA 7 komandaya texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi 7 komandaya texniki məğlubiyyət verib.


AFFA 7 komandaya texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi 7 komandaya texniki məğlubiyyət verib.

90deqiqe.az xəbər verir ki,  AFFA Region Liqasında keçirilməli olan “Biləsuvar” – “Qobustan” oyunu ev sahibi tərəfindən öhdəliklər icra edilmədiyindən və polis təyin olunan vaxtda gəlmədiyindən baş tutmayıb.

Bu səbəbdən “Biləsuvar” 0:3 hesablı texniki məğlubiyyət alıb. Həmin liqanın “Veteran Tankçılar Gəncə” – “Bərdə” görüşünün sonlarında heyətində əvəzetmə limiti pozulan birincilərə eyni cəza kəsilib. “Qarxun”la matçda isə hakimin tələbinə riayət etməyib meydana çıxmayan “Şəki” texniki məğlubiyyətə məruz qalıb.

AFFA U-10 Liqasında Gəncə təmsilçiləri “Azəri” ilə “Qoşqar” arasında keçirilməli olan matç ikincilərin təyin edilən vaxtda meydana çıxmaması səbəbindən baş tutmayıb. Bu, “Azəri”yə texniki qalibiyyət sevinci yaşadıb.

U-14 Qızlar Liqasında “Turan Tovuz”a 1:4 hesabı ilə məğlub olan “Kəpəz” Əsasnaməyə uyğun təvəllüd limitini pozub. Yüksək Qızlar Liqasının “Qəbələ” – “Balxurma” (Balakən) oyununda isə ikincilər lisenziyalarını təqdim etmədiyindən (U-17 liqadan oyunçuları oyuna gətiriblər) və qarşılaşmanın başlaması üçün tələb olunan yetərsay olmadığından, görüş keçirilməyib. Həm “Kəpəz”ə, həm də “Balxurma”ya texniki məğlubiyyət verilib.

“Metropoliten”lə görüşdə təyin edilən vaxtda meydana çıxmayan “Şuşa” da 0:3 hesablı texniki məğlubiyyət ilə üzləşib







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi