22 iyun 2026. Bazar ertəsi

AFFA “Qarabağ”ın əməkdaşını diskvalifikasiya etdi

AFFA “Qarabağ”ın əvəzedici komandasının əməkdaşı İlqar Fətəliyevi diskvalifikasiya edib.


AFFA “Qarabağ”ın əməkdaşını diskvalifikasiya etdi

AFFA “Qarabağ”ın əvəzedici komandasının əməkdaşı İlqar Fətəliyevi diskvalifikasiya edib.

90deqiqe.az xəbər verir ki, buna Əvəzedicilər Liqasının XVII turunda, “Neftçi-2” ilə görüşün sonlarında rəsmi protokolda adı olmayan həmin şəxsin hakimləri təhqir etməsi səbəb olub.

Bu davranışına görə İlqar Fətəliyev 5 oyun cəzalandırılıb, “Qarabağ-2” 400 manat cərimələnib. Görüşün sonlarında azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlər təhqir edildiyindən və bu hal cari mövsümdə ilk dəfə yaşandığından, “Qarabağ-2”yə xəbərdarlıq edilib.

I Liqanın XI turunda, “Şamaxı” ilə matçın 18-ci dəqiqəsində təcavüzkar davranış səbəbindən birbaşa qırmızı vərəqə alan “İmişli”nin futbolçusu Tonia Tisdel 4 oyun cəzalanıb, klubunu 300 manat xərcə salıb.

“Cəbrayıl”ın futbolçusu Elvin Dəmirovun II Liqanın XIV turunda, “Göygöl” ilə keçirilən oyunda qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi onun 4 matçlıq diskvalifikasiya olunmasına, klubunun isə 300 manat cərimələnməsinə gətirib çıxarıb. Həmin liqanın “Baku Sportinq” – “Ağdaş” görüşündə isə ikincilərin futbolçusu Nicat Baxşiyev eyni addıma əl atıb. Onun da cəzası 4 matç olub. “Ağdaş” isə 300 manat cərimə edilib.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı