17 mart 2026. Çərşənbə axşamı

“Qarabağ” və “Neftçi” növbəti mərhələdə

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.


“Qarabağ” və “Neftçi” növbəti mərhələdə

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

90deqiqe.az xəbər verir ki, son gündə iki oyun keçirilib.

Günün ilk qarşılaşması Xankəndidə baş tutub. “Qarabağ” Xankəndi şəhər stadionunda MOİK-i qəbul edib. Bununla 1993-cü ildən sonra işğaldan azad olunmuş ərazilərdə ilk futbol oyunu baş tutub. Matçın taleyini 1 qol həll edib. Nəriman Axundzadənin son dəqiqə qolu ağdamlıları 1/4 finala daşıyıb. Qurban Qurbanovun kollektivi növbəti raundda “Sabah”la üz-üzə gələcək.

1/8 final “Neftçi Arena”da baş tutacaq “Neftçi” - “Qaradağ Lökbatan” oyunu ilə yekunlaşıb. "Ağ-qaralar" rəqibini 4:0 hesabı ilə darmadağın edərək növbəti raundda "Sumqayıt"a rəqib olub. 

Qeyd edək ki, mərhələnin əvvəlki matçlarından sonra 1/4 finalda “Səbail” - “Zirə”, “Araz-Naxçıvan” - “Qəbələ” cütləri formalaşıb.

Azərbaycan Kuboku
1/8 final
21 dekabr

14:00. “Qarabağ” – MOİK - 1:0

Qol: Nəriman Axundzadə, 90+3

18:00. “Neftçi” – “Qaradağ Lökbatan” 4:0 
Qol: Olanare, 23, Murad Qayalı, 73 (ö.q), Boqomolski, 78, Şinyaşiki, 81

"Neftçi": 93. Rza Cəfərov, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 25. Aaron Olanare, 9. Andre Şinyaşiki







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi