- Misli Premyer liqa
- 14:59 21.11.2024
“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev Premyer Liqasının 18-ci turunun "Araz-Naxçıvan"la matçından (3:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
90deqiqe.az klub rəhbərinin fikirlərini sizinlə bölüşür:
- İkinci dövrə də başa çatdı. Komanda 22 xalla 9-cu yerdədir. Klubun çıxışından narazıçılıq varmı?
- Biz çox razıyıq. Bizim hədəfimiz keçən ilki nəticələri təkrarlayaraq premyer liqada qalmaqdı. Və onun hesabına biz gələn ilin komandasını qururuq. Bu gün hücum movqeyində bir çox problemlərimizi həll etmişik. Müdafiədə zəiflik var. Bəzi əlavələrlə gələn il üçün iddialı bir komanda qurmaq istəyirik. Plana və öhdəliyə 100 faiz nail olduq, çünki obiri dövrələrdə də eyni xalları yığsaq, keçən ildən daha yaxşı nəticəmiz olacaq. Ona görə azarkeşlərimiz və oyunçularımızı təbrik edirəm. Çətin dövrə oldu.
- "Turan Tovuz"la sponsorluğa başlayarkən demişdiz ki, əsas birinci hədəf akademiyadır. Bununla bağlı hər hansı plan var?
- Hədəflərdə bir dəyişiklik yoxdur. Planlarımız olduğu kimi qalır. Sadəcə bəzi işlər istər maliyyə vəsaitin yetərsizliyi, istər protokol qaydaları bir az ləng irəliləyirik. Akademiya binamızın inşası davam edir. Keçici bir məhdudiyyət var. Sənədləşmə işlərimiz yekunlaşmaq üzərədir. Qaldığımız yerdən davam edəcəyik. Bir ərazi satın almışıq. Orada inşaata başlayacağıq. Bir az zamanla bağlı ləngimə var. Hədəflərdə ən xırda bir dəyişikliyimiz yoxdur.
- Dünənki hadisə, projektor... Hesabat oldumu? Məhsuliyyəti kim daşıyır?
- Məhsuliyyətdən əlavə, çox üzgünük bu hadisəyə görə. Kim istəyər? Heç kim istəməz. Sevindirici səbəb hər hansı bir insana xəsarət olmadı. Ona görə sevincliyik. Amma hadisənin baş verməsi, oyun vaxtı olması bizi çox-çox üzür. Bölgəmizdə çox təbii fəlakət baş verdi. Ağaclar aşdı, evlərin damı uçdu, yollarda məhdudiyyətlər oldu, elektrik xəttində problem yarandı. Bunların hamısının səbəbkarı təbii ki, biz deyilik. Və bizim də qulağımıza çatdı. Tənqid edən fikirlər də, oxuduq. Hamısına hörmətlə yanaşırıq. Biz hər zaman tənqidə açıq olmuşuq. Tənqidlərdən nəticə çıxarmışıq. Yalnız anlamadığım və qəbul eləmədiyim, "Turan Tovuz" azarkeşinin bu mövzuda tənqidini qəbul edə bilmərəm. Onların "Turan Tovuz" azarkeşi olub-olmadığı məndə ciddi şübhə yaradır. "Turan Tovuz" azarkeşi bu klub üçün etdiklərimizi, çox ciddi maliyyə çətinliyi çəkdiyimizi görür. Qış transfer pəncərəsində bir neçə oyunçu almalıydıq. İndi ala bilməyəcəyik. İşıq dirəklərinin yenilənməsinə görə. Vəziyyətə elmi yanaşmağı düşünürük. Burada zərər görən bizik. Bunları dövlət vəsaiti hesabına etmirik. Hamısını sponsor edir. Ən çox zərər çəkən bizik. İnşallah bunlar da keçəcək. Bilirsiz, çətinlikdən qorxmuruq. Əksinə çətinliklər bizə stimul verir. İnsanı və klubu güclü edən bu cür hallardı. Çox üzgünük. Bəzi futbolçuların artıq biletləri var idi. İstirahət üçün planları var idi. Təəsüf onlarda da bir az gecikmələr olacaq. Bu qədər.
-Hər işdə bir xeyir var. Bu hadisədən sonra, yəqin ki, digər stadionlar da daha diqqətli yanaşacaq bu məsələyə...
-Bilirsiz bu dünyada hər bir zaman olub. Dam örtüyü uçub, işıq dirəyi aşıb. Amma bizdə ilk idi. Məhz biz üzləşdik. Biz özümüz də, digər klublar da hamı nəticə çıxardacaq. Ölçümləri daha diqqətli aparmalıyıq. Ümid edirəm ki, ölkəmizdə bir daha belə hal yaşanmaz.