22 iyun 2026. Bazar ertəsi

"Turan Tovuz", “Neftçi” və "Qarabağ"dan qələbə

Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub


"Turan Tovuz", “Neftçi” və "Qarabağ"dan qələbə

Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub. 90deqiqe.az xəbər verir ki, bu gün daha üç oyun keçirilib.

İlk olaraq ötən gündən təxirə salınan “Turan Tovuz” – “Araz-Naxçıvan” görüşü oynanılıb. 81-ci dəqiqədən etibarən davam etdirilən görüşdə tovuzlular 3:1 hesabı ilə qələbə qazanıb.

Daha sonra “Neftçi” doğma meydanda "Kəpəz"i qəbul edib və görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Tura “Zirə” - “Qarabağ” qarşılaşması ilə yekun vurulub. İlk iki pillədə qərarlaşan komandaların duelində Ağdam təmsilçisi minimal hesabı ilə qazanıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Qəbələ” “Sabah”ı, “Sumqayıt” “Səbail”i 1:0 hesabı ilə məğlub edib.

 

Premyer Liqa

XVIII

24 dekabr

12:00. Turan Tovuz” – “Araz-Naxçıvan” - 3:1

Qollar: Xəyal Nəcəfov, 5, Bruno Qonçalves, 16, Ayxan Quseynov, 89 - İsmail Azzaui, 58 (pen.)

Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev

Tovuz şəhər stadionu

16:00. “Neftçi” – “Kəpəz” 2:0 

Qol: Azər Salahlı, 8, Şinyaşiki, 71

Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev

“Neftçi Arena”

18:30. “Zirə” – “Qarabağ” 1:0 

Qol: Juninyo, 30

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy Rəhimov

Zirə İdman Kompleksinin stadionu







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı