22 iyun 2026. Bazar ertəsi

"Neftçi"nin yeni baş məşqçisi -ARAŞDIRMA

"Neftçi"nin yeni baş məşqçisi -ARAŞDIRMA


"Neftçi"nin yeni baş məşqçisi -ARAŞDIRMA

Xəbər verdiyimiz kimi paytaxt klubu artıq yeni baş məşqçi ilə də anlaşıb. Mutunu Miodraq Bojoviç əvəzləyib. Ötən gün Misli Premyer Liqasının 18-ci turunda “Kəpəz”lə matçdan sonra təşkil olunan mətbuat konfransında monteneqrolu mütəxəssis ictimaiyyətə təqdim olunub. Onunla 1 il + 6 aylıq müqavilə imzalanıb.

90deqiqe.az xəbər verir ki, “UEFA Pro” lisenziyalı məşqçi 1968-ci ildə Monteneqronun Moykovas şəhərində anadan olub. Futbolçu karyerasını tamamladıqdan sonra Serbiyanın “Boras” klubunda məşqçilik karyerasına başlayıb. 20 illik məşqçilik təcrübəsinə malik mütəxəssis bu illər ərzində Serbiya çempionu, Rusiya kubokunun qalibi və finalçısı olub. 55 yaşlı çalışdırıcı karyerası ərzində Rusiyanın “Dinamo Moskva”, “Lokomotiv Moskva”, “Srvena Zvezda” kimi komandalarda fəaliyyət göstərib. Bojoviçin son iş yeri eyni ölkənin “Arsenal Tula” klubu olub. Qeyd edək ki, o, komandaya yanvarda -  “Neftçi”nin Antalyadakı toplanışı zamanı qoşulacaq.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı