16 mart 2026. Bazar ertəsi

Qurban Qurbanovdan millinin oyunçularına gözlənilməz qadağa


Qurban Qurbanovdan millinin oyunçularına gözlənilməz qadağa

Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov gözlənilmədən futbolçulara mətbuata danışmaq qadağası qoyub.

Corner.az-ın məlumatına görə, bu qərar UEFA Millətlər Liqasının Maltaya qarşı Bakıda keçirilən oyunundan (1:1) sonra verilib.

Qeyd edək ki, həmin matç yekunlaşandan sonra bir neçə futbolçu mətbuata qısa açıqlama verib. Amma bundan sonra futbolçulara mətbuata danışmaq qadağası tətbiq edilib. Qadağa yalnız milli komandaya aiddir. Futbolçular öz klublarındakı çıxışları barədə isə danışa bilərlər.

Qeyd edək ki, Qol.az-ın müxbirinin bu gün bir neçə futbolçumuzla milli barədə danışmaq cəhdi baş tutmayıb. Onlar Q.Qurbanovun qərarını əsas gətirərək milli haqda suallardan qaçıblar. Bu qadağanın hansı səbəbdən tətbiq edildiyi bilinmir.

Bu qərarın gözlənilməzliyi isə odur ki, indiyədək yalnız millinin matçlarından əvvəl futbolçulara belə qadağa tətbiq edilirdi. Amma oyundan sonra futbolçuların milli barədə mətbuata danışmasında hər hansı problem olmurdu.(qol.az)







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi