17 iyul 2026. Cümə

“Zirə” “Qarabağ”la nə vaxt qarşılaşacaq?

“Zirə”nin qış təlim-məşq toplanışında “Qarabağ”la keçirəcəyi yoxlama görüşünün vaxtı müəyyənləşib.


“Zirə” “Qarabağ”la nə vaxt qarşılaşacaq?

“Zirə”nin qış təlim-məşq toplanışında “Qarabağ”la keçirəcəyi yoxlama görüşünün vaxtı müəyyənləşib.

90deqiqe.az-ın paytaxt klubunun mətbuat xidmətinə istinadən məlumatına görə, komanda 2024-cü il yanvarın 15-də Ağdam təmsilçisi ilə üz-üzə gələcək.

Paytaxt təmsilçisi bu məqsədlə yanvarın 3-də bir araya gələcək. Baş məşqçi Rəşad Sadıqov kollektivini 2 yoxlama görüşündə sınayacaq. “Qartallar” ilk olaraq yanvarın 10-da “Araz-Naxçıvan”la üz-üzə gələcək. Çempionatın lideri “Qarabağ”la qarşılaşma isə ayın 15-nə nəzərdə tutulub.

“Qarabağ”la görüşdən sonra “Zirə” bir həftə sonra startı veriləcək Premyer Liqanın ikinci yarısına hazırlaşacaq. XIX turdakı rəqib “Səbail” olacaq.







Misli Premyer liqa