10 avqust 2026. Bazar ertəsi

XXI əsrdə 6-cı məhsuldarlıq

“Qarabağ” Azərbaycan Premyer Liqasında daha bir mövsümün ilk yarısını məhsuldar keçirir.


XXI əsrdə 6-cı məhsuldarlıq

“Qarabağ” Azərbaycan Premyer Liqasında daha bir mövsümün ilk yarısını məhsuldar keçirir. 90deqiqe.az xəbər verir ki, Ağdam təmsilçisi 18 turda aktivinə 45 qol yazdırıb.

Bu isə XXI əsrin ən məhsuldar 6-cı göstəricisidi. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv orta hesabla hər görüşdə 2,50 qol vurur.

“Qarabağ” XXI əsrdə 3 dəfə yüksək məhsuldarlıq göstərib. “Şəmkir” 2, “Neftçi” isə 1 dəfə bunu bacarıb.

Ağdamlılar 2003-04 mövsümündə 51, ötən mövsüm isə 48 dəfə rəqib qapılarına yol tapıb. Bu baxımdan əsrin rekordçusu “Şəmkir”di. Bölgə komandası 2000-01 mövsümünün 18 oyununda 54 qol vurub. Həmin mövsüm “Neftçi” 49, bir il sonra “Şəmkir” 46 qolla yadda qalıb.

Qeyd edək ki, ölkə çempionatları tarixində ilk 18 turdan sonra mütləq rekord 63 qoldu. Bunu 1998-99 mövsümündə “Kəpəz” reallaşdırıb. Gəncəlilərin orta göstəricisi 3,50 olub.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı