6 may 2026. Çərşənbə

İlk yarıda vurulan 23 penalti

Misli Premyer Liqasınınin 2023/2024 mövsümünün ilk yarısında 23 penalti vurulub


İlk yarıda vurulan 23 penalti

Azərbaycan Premyer Liqasının 2023-cü ildə keçirilən ilk yarısında 23 penalti təyin olunub.

90deqiqe.az xəbər verir ki, iki dövrənin 18 turunun baş tutan 90 oyununda yalnız iki penalti qolla nəticələnməyib.

11 metrlik nöqtədən yararlanma faizi 91,3-ə bərabər olub. İştirakçı komandaların 10-u da belə imkan əldə edib.

Üç komanda – “Araz-Naxçıvan”, “Səbail” və “Sabah” daha çox penalti vurub. Onların hərəsi 4 imkan qazanıb. Lakin mövsümün hər iki xətasına imza atan “Sabah” 50 faizlik göstəriciyə sahib olub.

Penalti vuran komandalar: “Araz-Naxçıvan”, “Səbail” – 4, “Sabah” – 4 (2), “Kəpəz”, “Qarabağ”, “Sumqayıt”, “Zirə” – 2, “Neftçi”, “Qəbələ”, “Turan Tovuz” – 1

Premyer Liqanın 10 klubundan yalnız “Zirə”nin qapısına penalti təyin edilməyib. 6 komanda daha çox – hərəsi 3 dəfə cəzalanıb. “Qarabağ”la “Qəbələ” bu cəzalardan birindən “qaçıb”. “Sabah”ın futbolçuları şansdan yararlanmayıblar.

Penalti ilə cəzalanan komandalar: “Araz-Naxçıvan”, “Neftçi”, “Səbail”, “Turan Tovuz” – 3, “Qarabağ” , “Qəbələ”– 3 (1), “Kəpəz”, “Sabah” – 2, “Sumqayıt” – 1

Futbolçular arasında Orxan Əliyevlə (“Araz-Naxçıvan”) Aleksandr Ramalinqom (“Səbail”) rekordçudurlar. Onlar hərəsi üç penaltini qola çeviriblər. Mate Kvirkviya (“Kəpəz”), Toral Bayramov (“Qarabağ”) və Qismət Alıyev (“Zirə”) iki dəfə 11 metrlik nöqtədən qola seviniblər.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi