10 avqust 2026. Bazar ertəsi

Murad Musayev: “Səhvlərə yol vermək istəməzdik”

"Qarşıdakı günlərdə biz irəliyə doğru daha bir addım ataraq, inkişafı davam etdirəcəyimizə ümid edirəm"


Murad Musayev: “Səhvlərə yol vermək istəməzdik”

“Hazırlığın bu mərhələsi üçün keçirilən oyunda keyfiyyət, məzmun və fədakarlıq bizi qane etdi”.

90deqiqe.az xəbər verir ki, bunu Antalyada hazırlıq keçən “Sabah”ın baş məşqçisi Murad Musayev deyib.

Rusiyalı mütəxəssis yoxlama matçında “Rapid”ə 2:1 hesablı qələbəni şərh edib. Musayev komandanın hazırlığı və oyun barəsində danışıb:

“Hazırlığın ilk həftəsi kifayət qədər yaxşı keçdi. Qarşıdakı günlərdə biz irəliyə doğru daha bir addım ataraq, inkişafı davam etdirəcəyimizə ümid edirəm. 60-cı dəqiqədə qapımızdam qol buraxdıq. Həmin ana qədər rəqib ciddi təhlükəli vəziyyət yarada bilməmişdi. İndi səhvlərin olması normaldır. Bu, təlim-məşq toplanışıdır, hamı üçün çətindir. Əlbəttə, səhvlərə yol vermək istəməzdik. Əsas odur ki, qələbə qazandıq”.

Qeyd edək ki, “Sabah” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama matçında qüvvəsini sınayacaq.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı