10 avqust 2026. Bazar ertəsi

"2-3 futbolçu ilə yollarımızı ayıracağıq" - Zaur İsmayılov

Məşqlərini davam etdirən “Araz-Naxçıvan-2” iki yoxlama oyunu keçirəcək.


"2-3 futbolçu ilə yollarımızı ayıracağıq" - Zaur İsmayılov

Məşqlərini davam etdirən “Araz-Naxçıvan-2” iki yoxlama oyunu keçirəcək.

90deqiqe.az xəbər verir ki, bu barədə "Araz-Naxçıvan"ın mətbuat xidməti məlumat yayıb. Adıçəkilən komanda sabah – yanvarın 11-də ASK Arenada “Sabah-2” ilə üz-üzə gələcək. Növbəti görüş isə yanvarın 16-da baş tutacaq. Bu dəfə rəqib liqanın lideri “Neftçi-2” olacaq. Matç “Neftçi”nin təlim-məşq bazasında keçiriləcək.

Baş məşqçi Zaur İsmayılov komandadakı durumla bağlı klubun mətbuat xidmətinə bunları deyib: “Yanvarın 6-dan etibarən məşqləri bərpa etmişik. Futbolçuların fiziki hazırlığını yaxşılaşdırmağa çalışırıq. Buna görə də fiziki ağırlıqlı təmrinlərə daha çox yer veririk. Eyni zamanda, yoxlama oyunları da planlaşdırmışıq. Yükləmələr fonunda uşaqların durumuna baxmaq istəyirik. Heyətdə də dəyişikliklər nəzərdə tutulub. 2-3 futbolçu ilə yollarımızı ayıracağıq, o sayda da oyunçu dəvət edəcəyik. Namizədlər var. Klubumuzun U-19 komandasını da daim diqqətdə saxlayırıq, yaxşı mənada fərqlənən futbolçulara əvəzedicilərdə də şans verəcəyik”.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı