10 avqust 2026. Bazar ertəsi

"Kəpəz" yoxlama oyununda da "Qəbələ"ni uddu

Qış təlim-məşq toplanışını ölkə daxilində keçən iki komanda yoxlama oyununda üz-üzə gəlib.


"Kəpəz" yoxlama oyununda da "Qəbələ"ni uddu

Qış təlim-məşq toplanışını ölkə daxilində keçən iki komanda yoxlama oyununda üz-üzə gəlib.

90deqqiqe.az xəbər verir ki, bu gün Premyer Liqada ilk yarıdan sonra autsayderlər qrupunda qərarlaşan “Qəbələ” ilə “Kəpəz” qarşılaşıblar.

Qəbələ şəhər stadionunda təşkil olunan matç Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin heyətində Ülvi İsgəndərov 13-cü dəqiqədə hesabı açıb. Qonaqlardan Georgi Papunaşvili 25-ci dəqiqədə tarazlığı bərpa edib. "Qəbələ"nin müdafiəçisi Murad Musayev isə 32-ci dəqiqədə avtoqol müəllifi olub.

Bölgə təmsilçiləri yanvarın 15-də ikinci yoxlama matçını keçirəcəklər. Həmin gün “Qəbələ” “Araz-Naxçıvan”ı, “Kəpəz” isə “İmişli”ni qəbul edəcək.

Qeyd edək ki, 14 xala malik komandalar 9-10-cu yerləri bölüşdürürlər.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı