10 avqust 2026. Bazar ertəsi

“Zirə” yoxlama görüşündə “Araz-Naxçıvan”ı məğlub edib

Qış təlim-məşq toplanışını Azərbaycanda keçən Premyer Liqanın iki komandası yoxlama görüşündə üz-üzə gəlib


“Zirə” yoxlama görüşündə “Araz-Naxçıvan”ı məğlub edib

Qış təlim-məşq toplanışını Azərbaycanda keçən Premyer Liqanın iki komandası yoxlama görüşündə üz-üzə gəlib.

90deqiqe.az xəbər verir ki, mövsümün ilk yarısından sonra çempionatın ikinci pilləsində qərarlaşan “Zirə” altıncı yerin sahibi “Araz-Naxçıvan”la qarşılaşıb.

Naxçıvan təmsilçisinin ev oyunlarını keçirdiyi “Dalğa Arena”da baş tutan matçın birinci hissəsində qapılara qol vurulmayıb. Hesabı 55-ci dəqiqədə bakılılar açıblar. İlkin Muradov fərqlənib. Orxan Əliyev 69-cu dəqiqədə penaltidən “status-kvo”nu bərpa edib. Lakin cəmi 2 dəqiqə sonra Salifu Suma dəqiq zərbə ilə “Zirə”yə 2:1 hesablı qələbə qazandırıb.

Hər iki komanda yanvarın 15-də ikinci yoxlama görüşünə çıxacaq. “Zirə” “Qarabağ”la, “Araz-Naxçıvan” isə “Qəbələ” ilə qarşılaşacaq.

Qeyd edək ki, Premyer Liqanın geridə qalan 18 turunda “Zirə” 29, “Araz-Naxçıvan” isə 26 xal toplayıb.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı