5 may 2026. Çərşənbə axşamı

"Araz-Naxçıvan"ın yeni transferi: "Hələ tam hazır deyiləm"

"Hələ tam hazır deyiləm. Xüsusilə də fiziki planda axsamalar var".


"Araz-Naxçıvan"ın yeni transferi: "Hələ tam hazır deyiləm"

"Hələ tam hazır deyiləm. Xüsusilə də fiziki planda axsamalar var".

90deqiqe.az xəbər verir ki, bunu "Araz-Naxçıvan" klubunun "Sabah"dan icarəyə götürdüyü futbolçusu İldar Alekperov Naxçıvan təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.

Alekperov "Zirə" ilə yoxlama görüşündə fasilədən sonra görüşə çıxdığını bildirib: "Oyundan sonra baş məşqçi ilə də söhbətimiz oldu, fikirlərini dinlədim. Əlbəttə, onun dedikləri çox önəmlidir. Elə etməliyəm ki, çempionatın bərpasına qədər çatışmazlıqları aradan qaldırım”.

Futbolçu yeni klubunda atmosferin çox yaxşı olduğunu və komanda yoldaşlarında oynamaq istəyi olduğunu deyib: “Mənə inanaraq komandaya dəvət etdiyinə görə məşqçilər heyətinə təşəkkürümü bildirirəm. Bu mövsüm “Sabah”ın heyətində demək olar oynamırdım, nadir hallarda meydana çıxırdım. Müqavilə ilə məxsus olduğum klub təcrübə qazanmağım üçün icarə əsasında da olsa, özümü oynaya biləcəyim bir komandada sınamaq şansı yaratdı. Artıq bir neçə gündür “Araz-Naxçıvan”ın düşərgəsindəyəm. Təbii ki, yeni komanda və heyət üzvlərinin arasına düşmüşəm və uyğunlaşmaq üçün az da olsa, zaman lazımdır. Uşaqlar yaxşı qarşıladılar, aralarında tanıdıqlarım da var. Atmosfer yaxşıdır, baxıram, hamı oynamaq istəyir, bunun üçün çalışır".







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi