22 iyun 2026. Bazar ertəsi

“Araz-Naxçıvan”ın zədəliləri nə vaxt qayıdacaq?

“Hazırlıq prosesi istədiyimiz kimi keçdi, plana uyğun toplanışı başa vurduq”.


“Araz-Naxçıvan”ın zədəliləri nə vaxt qayıdacaq?

“Hazırlıq prosesi istədiyimiz kimi keçdi, plana uyğun toplanışı başa vurduq”. 90deqiqe.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.

Gənc mütəxəssis Qəbələdə şəhərin eyniadlı komandasına 0:2 hesabı ilə uduzduqları yoxlama görüşü barədə də danışıb: “Oyunda nəyi planlaşdırmışdıqsa, yerinə yetirdik. Hər hissədə fərqli heyətlə oynadıq. Bütün futbolçulara şans verdik, onlar da tapşırıqları yerinə yetirməyə çalışdılar. Bir sözlə, nəticədən asılı olmayaraq, faydalı toplanış və oyun oldu. Ən əsası matçı zədəsiz başa vurduq”.

Baş məşqçi zədədən əziyyət çəkən oyunçuların hazırkı durumu barədə də məlumat verib: “Zədə üzündən toplanışa qatılmayan Orxan Əliyev və İsmail Azzaoui Bakıda komandaya qoşulacaq və rəsmi oyunlara qədər tam hazır olacaqlar".







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı