21 aprel 2026. Çərşənbə axşamı

"Qarabağ"da daha bir itki

"Qarabağ" klubunun daha bir futbolçusu sıradan çıxıb.


"Qarabağ"da daha bir itki

"Qarabağ" klubunun daha bir futbolçusu sıradan çıxıb.

90deqiqe.az  xəbər verir ki, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Yassin Benzia "Kəpəz"ə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XX turunun oyununda zədələnib.

29 yaşlı futbolçu komandasının vurduğu qol zamanı, 79-cu dəqiqədə rəqib qapıçı İqor Rodrigeşlə toqquşub və başından xəsarət alıb.

 Əlcəzairli futbolçu oyunu davam etdirə bilməyərək meydandan çıxıb və birbaşa paltardəyişmə otağına yollanıb.

Qeyd edək ki, görüş qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb.

Əlavə edək ki,  Benzianın Ağdam klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.O, bu mövsüm komandanın heyətində 30 matçda iştirak edib, 9 qol vurub və 8 məhsuldar ötürmə edib.







Misli Premyer liqa

Premyer Liqada son 10 mövsümün rekordu
  • Misli Premyer liqa
  • 11:48 20.04.2026
Premyer Liqada son 10 mövsümün rekordu
100-cü sülh
  • Misli Premyer liqa
  • 11:04 20.04.2026
100-cü sülh
25-ci səfər qələbəsi, 10-cu böyük hesab
  • Misli Premyer liqa
  • 10:43 20.04.2026
25-ci səfər qələbəsi, 10-cu böyük hesab
“Səhvlərə göz yummaq olmaz”
  • Misli Premyer liqa
  • 22:52 18.04.2026
“Səhvlərə göz yummaq olmaz”