15 iyul 2026. Çərşənbə

Azərbaycan Kubokunun 1/4 finalında rekord qeydə alındı


Azərbaycan Kubokunun 1/4 finalında rekord qeydə alındı

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında 18 qol vurulub.

90deqiqe Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu “Qarabağ”ın “Sabah”ı 7:1, “Neftçi”nin “Sumqayıt”ı 3:2, “Zirə”nin “Səbail”i 2:1 hesabı ilə məğlub etdiyi və “Araz-Naxçıvan”ın “Qəbələ” ilə heç-heçəyə imza atdığı  (1:1) oyunlarda qeydə alınıb.

1/4 finalın dörd matçındakı qol sayında yarışın tarixinin yeni rekordu qeydə alınıb.

Bunadək rekord 17 qolun vurulduğu 2006/07 mövsümünə məxsus idi. Həmin vaxt 1/4 finalın ilk görüşləri məhsuldar alınıb.







Misli Premyer liqa