10 avqust 2026. Bazar ertəsi

Amildən 50-ci qol

“Kəpəz”in futbolçusu Amil Yunanov Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.


Amildən 50-ci qol

“Kəpəz”in futbolçusu Amil Yunanov Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.

90deqiqe.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının XXI turuna təsadüf edib.

“Kəpəz”in 31 yaşlı hücumçusu “Araz-Naxçıvan”la ev görüşündə fərqlənib. O, komandasının 3:1 hesabı ilə qalib gəldiyi matçda son qolun müəllifi olub.

Yunanov Premyer Liqadakı 191-ci oyununda 50 qola çatıb. Forvardın orta məhsuldarlığı 0,26-ya bərabərdir. Bu, Yunanovun “Kəpəz”də ilk qoludur. O, bunadək “Sumqayıt”da 28, “Şamaxı”da 14, “Səbail”də 6, “Qəbələ”də 1 dəfə fərqlənib.

Qeyd edək ki, Amil Yunanovun Premyer Liqada ilk qolu 2011/2012 mövsümünə təsadüf edib. O, 2012-ci il mayın 11-də “Qəbələ”nin “Neftçi” ilə səfər görüşündə həlledici qola imza atıb – 1:0.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı