17 mart 2026. Çərşənbə axşamı

"Qəbələ"nin DODOsu indi haradadır? - ÖZƏL ARAŞDIRMA


"Qəbələ"nin DODOsu indi haradadır? - ÖZƏL ARAŞDIRMA

2011-ci ilin yayında Azərbaycan Premyer Liqa təmsilçisi "Qəbələ" 77 formalı yeni transferini ictimaiyyətə təqdim etdi. Əksər futbolçu kimi ilk başlarda heç kimin önəmsəmədiyi braziliyalı forvard bölgə klubunun uğurları üçün 2016-cı ilə qədər vuruşdu və üstəlik 160-dan çox oyunda meydanda olub, 30-dan çox qol atdı, Həm sağ, həm sol, həm də hücumun önündə oynamağı bacaran Luiz Paulo Hilario qısaca olaraq DODO  2015/2016-ci illər mövsümünün əvvəlində UEFA Avropa Liqasının pley-off mərhələsində Yunanıstanın adlı-sanlı kollektivi "Panatinaikos"u elə öz stadionunda meydandan sildi. Həmin dövrdə səfərdə "Panatinaikos"a 2 qol vuran Dodo "Qəbələ"ni tarixdə ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə daşıdı. Bəs braziliyalı Dodo indi hardadır?

90deqiqe.az məşhur "transfermarkt" portalına istinadən xəbər verir ki, 2016-ci ilin yayında "Qəbələ"ni doğma ölkəsinin "Joinvil" klubuna dəyişən Dodo cəmi 1 il sonra Yunanıstanın "Larisa" kollektivi ilə müqavilə imzalayıb. Aşağı dəstə təmsilçisində cəmi 9 matça çıxan Dodo 2018-ci ildə azad agent statusu ilə yenidən Braziliyaya dönüb. Bu dəfə "Penapolense" komandasına. Burada cəmi 12 gün məşqlərdə iştirak edən Luis Hilario qarşlıqlı razılıq əsasında klubu tərk edib. 1 il futboldan uzaq qalan Dodo 2019-cu ilin qışında Lativa təmsilçi "Lipeya" komandası ilə müqavilə imzalayıb. 

Yenidən özündə güc yapan Dodo 2020-ci ildə Latvia kubokunda çempion olmaqla yanaşı, 2020,2021 və 2022-ci illərdə "Lipeya"ın ən sərrast futbolçusu olub.

Hazırda 36 yaşlı futbolçu rotasiya oyunçusu sayılsa da, Latviada 130-a yaxın oyun keçirib və 58 qol vurub.

 







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi