27 iyul 2024. Şənbə

"Qəbələ"nin yeni çalışdırcısı Kaxaber Tsxadadze - ARAŞDIRMA


"Qəbələ"nin yeni çalışdırcısı Kaxaber Tsxadadze - ARAŞDIRMA

“Kəpəz”ə məğlub olduqdan sonra Elmar Baxşıyevlə vidalaşan “Qəbələ”nin yeni baş məşqçisi Kaxaber Tsxadadze olub. Gürcüstanlı mütəxəssislə il yarımlıq müqavilə imzalanıb. Ölkəmizdə “Standard” və “İnter”də çalışmış Tsxadadze hazırda “Şamaxı” adlanan “İnter”lə 2009/2010-cu illər mövsümündə Azərbaycan çempionu olub. 55 yaşlı çalışdırıcının karyerasının ən vacib anlarına daha ətraflı şəkildə sıradakı süjetimizdə nəzər salacağıq.

90deqiqe.az xəbər verir ki, futbolçu karyerası kimi baş məşqçi rolunda fəaliyyəti də rəngərang olan gürcüstanlı çalışdırıcı Kaxaber Tsxadadzeni yenidən Azərbaycan Premyer Liqası klubunun sükanı arxasında görəcəyik. Sonuncu turda “Kəpəz”ə məğlubiyyətin ardınca baş məşqçi Elmar Baxşıyev “Qəbələ” klubunun rəhbərliyinə istefa ərizəsini təqdim edib və bundan sonra əməkdaşlığa son qoyulub. Bölgə təmsilçisi boş qalan çalışdırıcı postuna Kaxaber Tsxadadzeni təyin edib. 55-yaşlı mütəxəssislə 1 il yarımlıq müqavilə imzalanıb. Tsxadadze futbolçu kimi Gürcüstanın “Metallurq”, “DinamoTbilisi”, “İberiya” “Lokomotiv Tbilisi” İsveçin “Sundsvall”, Rusiyanın “Spartak Moskva”, “Dinamo Moskva”, “Alanya” və “Anji” kollektivlərində, Almaniyanın “Ayntraxt Frankfurt”, İngiltərənin “Mançester Siti” klublarında çıxış edib. O həmçinin  MDB və Gürcüstan millilərinin formasını geyinib. 2000-ci illərdə məşqçi karyerasına başlayan Kaxaber doğma vətənində əvvəlcə “Lokomativ Tbilisi”nin çalışdırıcısı oldu. 2007-ci ilə qədər Gürcüstanın bir sıra klublarında məşqçilik edən Kaxaber 2008-ci ildə Bakının “Standart” klubunun sükanı arxasına keçmək dəvəti aldı. 2009-cu ildə isə o, Bakının “İnter” klubu ilə müqavilə imzaladı. Elə həmin mövsüm klub Azərbaycan çempionu olmağı bacardı. UEFA Çempionlar Liqasının ikinci mərhələsində iştirak etmək şansı qazanan klub burada Polşanın “Lex Poznan” kollektivi ilə qarşılaşdı. İki oyunun nəticəsində heç-heçə qeydə alındığına görə növbəti mərhələyə keçəcək komandanın adına penaltilər seriyasında aydınlıq gəlir. Burda isə bəxt rəqibdən yana olur. 2010/11-ci illər mövsümüdə isə paytaxtın digər təmsilçisi “Neftçi” çempion adına sahib çıxır. İnter isə yarışı 5-inci yerdə tamamlayır. “İnter”dəki 3-cü ilində onun çalışdırdığı komanda üçüncü yerin sahibi olaraq yenidən avrokuboklarda iştirak etmək şansı qazandı. UEFA Avropa Liqasının ilk mərhələsində Estoniyanın “Nrva Trans” kollektivi ilə qarşılaşan təmsilçimiz iki 90 dəqiqənin tamamında rəqibini 7:0 hesabı ilə məğlub etdi. İkinci mərhələdə onların rəqibi Yunanıstanın “Asteras Tripoli” komandası oldu. Bu dəfə də iki oyunun görüşün sonra oyunun taleyini Tsxadadzenin qorxulu yuxusu olan penaltilər seriyası həll etdi. Yenə təmsilçimiz tilsimi qırmağı bacaradı. 2012/13-cü illər mövsümündə əvvəlki təqvim ilinin təkrarı baş verdi və klub növbəti dəfə UEFA Avropa Liqasında iştirak etmək şansı qazandı. İlk turu yenə uğurla başa vuran “İnter” ikinci mərhələdə “Tromse” səddini aşa bilmədi. 2013/14-cü illər mövsümündə isə çempionluq mübarizəsi aparan paytaxt təmsilçisi “Qarabağ”a uduzdu. Amma UEFA Avropa Liqasına qayıtmağı bacaran Tsxadadzenin yetirmələri yenə ilk səddu çətinlik çəkmədən geridə qoydular. Moldova “Şerif”i iki matçın nəticəsinə görə 6:3 hesabı ilə məğlubiyyətə uğradıldı. İkinci mərhələdə isə rəqib İsveçin “Elfsborq” klubu oldu. Atalar 3-dən desələr də, yenə penaltilər seriyası təmsilçimizin əleyhinə olur. Komanda bu dəfədə ikinci mərhələni keçə bilmədi. 2014-cü ildə isə “İnter” baş məşqçi ilə yollarını ayırdı.  5 illik baş məşqçilik karyerası ərzində Tsxadadze iki dəfə ölkə kubokunun gümüş medalçısı olmağı da bacardı. “İnter”dən sonra çalışdırıcı karyerasının əksər hissəsini Qazaxıstanda keçirdi. O, adı çəkilən ökədə 2017-ci ildə “Kayrat”la superkubokun qalibi oldu. Bu matçda gürcüstanlı mütəxəssisin komandası adlı-sanlı “Astana”nı 2:0 hesabı ilə məğlub etməyi bacardı. Onun “Qəbələ”dən əvvəlki komandası isə Aktaunun “Kaspi” kollektivi olub. Qeyd edək ki, Tsxadadzenin köməkçisi vəzifəsində George Çixradze çalışacaq. Çixradze 2011/15-ci illərdə Zaqatalanın “Simurq” klubunun baş məşqçisi olub.

 

Əgər ümumiləşdirsək, deyə bilərik ki, Tsxadadzenin buna qədər Azərbaycandakı karyerası uğurlu olub. Bəs görəsən, çalışdırıcı bu müvəffəqiyyəti “Qəbələ”də davam etdirməyi bacaracaq?







Misli Premyer liqa

"Sabah" futbolçusunun müqaviləsini ləğv etdi
  • Misli Premyer liqa
  • 16:42 26.07.2024
"Sabah" futbolçusunun müqaviləsini ləğv etdi
"Turan Tovuz"un matçı ləğv olundu
  • Misli Premyer liqa
  • 17:24 25.07.2024
"Turan Tovuz"un matçı ləğv olundu
"Neftçi"nin oyunu ləğv olundu
  • Misli Premyer liqa
  • 15:29 25.07.2024
"Neftçi"nin oyunu ləğv olundu
“Qəbələ”nin ilk rəqibi bəlli oldu
  • Misli Premyer liqa
  • 10:33 25.07.2024
“Qəbələ”nin ilk rəqibi bəlli oldu
"Neftçi" legioneri ilə yolları ayırdı
  • Misli Premyer liqa
  • 11:22 24.07.2024
"Neftçi" legioneri ilə yolları ayırdı
"Turan Tovuz"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 19:38 22.07.2024
"Turan Tovuz"dan növbəti transfer