22 aprel 2026. Çərşənbə

"Turan Tovuz"a cərimə, "Qəbələ"yə xəbərdarlıq


"Turan Tovuz"a cərimə, "Qəbələ"yə xəbərdarlıq

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

90deqiqe.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Yığıncaqda Azərbaycan Premyer Liqasının XXIV turunun oyunlarında baş verənlər müzakirə olunub. Komitə müzakirələrdən sonra müvafiq qərarlar çıxarıb.

“Kəpəz” – “Qəbələ” oyununda 4 futbolçusu sarı vərəqə alan qonaq komanda 700 manat cərimə edilib. Azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə, bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Qəbələ”yə xəbərdarlıq edilib.

“Turan Tovuz” – “Neftçi” matçında meydan sahiblərinin azarkeşi tərəfindən meydançaya kənar əşya atıldığına görə bölgə təmsilçisi 800 manat cərimələnib. Qərb klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Turan Tovuz” 1000 manat cərimə edilib. Qonaq komandanın azarkeşlərinin olduğu sektorda sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərər “Neftçi” klubu tərəfindən ödəniləcək.

“Səbail” – “Sabah” 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 700 manat cərimələnib.







Misli Premyer liqa

Premyer Liqada son 10 mövsümün rekordu
  • Misli Premyer liqa
  • 11:48 20.04.2026
Premyer Liqada son 10 mövsümün rekordu
100-cü sülh
  • Misli Premyer liqa
  • 11:04 20.04.2026
100-cü sülh
25-ci səfər qələbəsi, 10-cu böyük hesab
  • Misli Premyer liqa
  • 10:43 20.04.2026
25-ci səfər qələbəsi, 10-cu böyük hesab