22 iyun 2026. Bazar ertəsi

Misli Premyer Liqası : "Qarabağ" "Qəbələ" səfərində


Misli Premyer Liqası : "Qarabağ" "Qəbələ" səfərində

Turnir cədvəlinin autsayderi “Qəbələ” doğma meydanda lider “Qarabağ”ı qəbul edəcək.

90deqiqe.az xəbər verir ki, bölgə təmsilçisi ölkə çempionatında keçirdiyi son 5 oyunun 4-də məğlub olub, 1-də isə heç-heçə edib. Son matçda “Kəpəz”ə məğlub olması isə komandanın baş məşqçisi Elmar Baxşıyevin istefası ilə nəticələndi. Artıq “qırmızı-qaralar”ın yeni çalışdırıcısı da məlumdur. Bu oyun “Qəbələ”nin yeni baş məşqçi - Kaxaber Tsxadadzenin rəhbərliyi altındakı ilk oyunu olacaq. “Qarabağ”da isə işlər yolunda gedir. Ötən həftə UEFA Avropa Liqasında “Braqa”nı məğlub edən Ağdam təmsilçisi turnirin 1/8 final mərhələsinə vəsiqə qazanıb. Qurban Qurbanovun kollektivi Misli Premyer Liqasında 12 oyundur ki, məğlub olmur. Qarşılaşma bu gün saat 19:00-da start götürəcək. Oyun “CBC Sport”la canlı yayımlanacaq.

MİSLİ PREMYER LİQASI

28 FEVRAL

19:00. QƏBƏLƏ – QARABAĞ

QƏBƏLƏ ŞƏHƏR STADİONU







Misli Premyer liqa

"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı
“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı