22 oktyabr 2024. Çərşənbə axşamı

Misli Premyer Liqasında XXV tura start verilir


Misli Premyer Liqasında XXV tura start verilir

Misli Premyer Liqasında XXV tura martın 1-də start veriləcək. 3 günü əhatə edəcək qarşılaşmalardan 2-si əyalətdə, 3-ü isə paytaxtda oynanılacaq.

Turun açılış matçında “Sumqayıt” “Kəpəz”i qəbul edəcək. Bu, tərəflərin mövsümdə 3-cü dueli olacaq. İlk iki dövrədəki oyunlardan birində “gənclik şəhəri”  təmsilçisi  qələbə qazanıb, birində isə bərabərlik qeydə alınıb. Samir Abasovun yetirmələri 3 turdur ki, qalibiyyət qazana bilməməklə yanaşı, rəqib qaplarına yol tapa bilməyib. Adil Şükürovun komandasında isə vəziyyətin qənaətbəxş olduğunu deyə bilərik. Ötən tur ən yaxın izləyicisi, sonuncu pillədəki  “Qəbələ”ni məğlub edən qərb klubu xal fərqini 8-ə yüksəldib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 19-da start veriləcək.

Görüşün baş hakimi Əliyar Ağayevdir.

İkinci oyun günün ilk matçında Zirə İdman kompleksinin stadionunda yerli “Zirə” “Turan Tovuz”la  qarşılaşacaq. Kollektivlərin bu mövsüm keçirdiyi görüşlərda ev sahiblərinin qələbəsi qeydə alınıb.  Məhsuldarlıq sarıdan əziyyət çəkən “qartallar”ın sonuncu turda “Araz-Naxçıvan”ı 3 cavabsız qolla məğlub etməsi diqqət çəkib. Ayxan Abbasovun yetirmələri isə 5 görüşdür ki, məğlub olmur. Qarşılaşma saat 16-da başlanacaq. Oyunda ədaləti Rəvan Həmzəzadə təmin edəcək.

 

Günün ikinci matçında “Sabah” “Araz-Naxçıvan”ı sınağa çəkəcək. “Bayquşlar” bu mövsüm muxtar Respublika təmsilçisini məğlub edə bilməyib. Həmçinin Masazır təmsilçisini oyuna çıxaran İqor Ponomaryovun məğlubiyyətsizlik seriyası da “Səbail”la matçda bitib. Naxçıvan klubu isə qeyri-sabit çıxış edir. Azər Bağırovun yetirmələri son 7 görüşdə yalnız “Neftçi” üzərində qələbə qazana biliblər. “Bank Respublika Arena”da keçiriləcək qarşılaşmanın start fiti 18:30-da səsləndiriləcək. Görüşün baş hakimi Kamal Umudlu olacaq

 

Tura bazar günü keçiriləcək iki oyunla yekun vurulacaq. Əvvəlcə “Qəbələ” Kaxaber Tsxadadzenin rəhbərliyi altında ilk ev oyununda “Səbail”lə üz-üzə gələcək. Gürcüstanlı mütəxəssisin 9 il sonra ölkəmizə geri dönüşü uğursuz alınıb. Turnir cədvəlinin zirzəmisinə lövbər atan “radarlar” bu mövsüm “Səbail” üzərində ilk qələbəsini əldə etməyə çalışacaq. “Dənizçilər”in işləri qaydasındadır. Onlar son üç görüşdə 7 xal toplamaqla yanaşı, həm də rəqib qapılarndan 10 top keçirməyə nail olublar.  Qəbələ şəhər stadionunda keçiriləcək matçın başlama saatı 16-ya təyin olunub.  Rauf Cabbarovun başçılıq etdiyi hakimlər briqadası matçda ədaləti təmin edəcək.

 

Turun mərkəzi eyni zamanda bağlanış oyununda isə lider “Neftçi” “Qarabağ”la münasibətlərə aydınlıq gətirəcək. Bu mövsüm tərəflər arasında keçirilən hər iki görüşdə Ağdam klubu 2:0 hesablı qələbə qazanıb. “Ağ-qaralar” isə qeyri-sabit nəticələrlə diqqət çəkir. Monteneqrolu çalışdırıcı Miodroq Bojoviç ilk “böyük oyun”unda bu nəticələri azarkeşlərinə unutdurmağa çalışacaq. “Köhlən atlar”da isə vəziyyət əladır. 2-ci pillə ilə 21 xallıq fərq yaradan Qurban Qurbanovun komandası Misli Premyer-Liqasında sonuncu dəfə ötən il oktyabrın 30-da “Araz-Naxçıvan”a uduzub. Bu prinsipial qarşılaşma saat 19-da başlayacaq. Görüşün idarəçiliyi Elçin Məsiyevə həvalə olunub.

MİSLİ PREMYER LİQASI

1 MART

19:00. SUMQAYIT - KƏPƏZ

MEHDİ HÜSEYNZADƏ ADINA SUMQAYIT ŞƏHƏR STADİONU

2 MART

15:00. ZİRƏ - TURAN TOVUZ

ZİRƏ İDMAN KOMPLEKSİNİN STADİONU

18:30. SABAH - ARAZ-NAXÇIVAN

BANK RESPUBLİKA ARENA

3 MART

16:00. QƏBƏLƏ - SƏBAİL

QƏBƏLƏ ŞƏHƏR STADİONU

19:00. NEFTÇİ - QARABAĞ

NEFTÇİ ARENA

 

Hazırda turnir cədvəlinə 57 xalla “Qarabağ” başçılıq edir. Ağdam təmsilçisinin ən yaxın izləyiciləri  “Sumqayıt”və “Neftçi”nin 36 xalı var.  Onlardan 1 xal az toplayan “Zirə” 4-cü pillədə qərarlaşıb. “Səbail” 34 xalla 5-dir. 31 xala malik komandalardan “Turan Tovuz” 6-cı, “Sabah” 7-ci, “Araz-Naxçıvan” isə 8-ci sırada mövqe tutub. “Kəpəz” 23 xalla 9-cudursa, ondan 8 xal az toplayan “Qəbələ” sonuncu – 10-cu pillədədir.

 







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir