- Misli Premyer liqa
- 14:59 21.11.2024
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib ki, Azərbaycan klubu qapıçı Andrey Lunevin martda keçiriləcək oyunlar üçün Rusiya millisinə çağırılması ilə bağlı fikirlərini nəzərə alacaq.
90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı, bu çağırışa sevindiyini lakin qərarı oyunçunun özünün verəcəyini bildirib.
"Andreyin milliyə çağırışına normal münasibət bəsləyirəm. Əgər o, milli komandanın məşqçilərinin diqqətini cəlb edə bilibsə, deməli, bu müddətdə yaxşı və ardıcıl çıxış edib. Və mən onun üçün xoşbəxtəm. Ümumiyyətlə, futbolçum yaxşı və ardıcıl oynayanda və milliyə çağırılanda həmişə sevinirəm. Onu buraxıb-burmamağımıza gəlincə, futbolçunun fikri də önəmlidir. Mənim üçün futbolçunun psixoloji hazırlığı da rol oynayır.
Bunun ona pis təsir etdiyini bilsəm, təbii ki, onu heç vaxt milliyə buraxmayacağam. Düşünürəm ki, Andreyin özü də bu çətinliyin öhdəsindən gəlmək istəyəcək və bu, onun üçün əlavə motivasiya olacaq. Nəzərə alsaq ki, uzun müddətdir milliyə çağırış almır. Mən də onun işindən razıyam, amma yenə də təkmilləşə bilər, bu onun maksimum səviyyəsi deyil. Ümid edirəm ki, tezliklə maksimuma çatar. Ola bilər ki, onu milliyə buraxmayaq, amma düşünürəm ki, bununla bağlı heç bir problem olmayacaq. Çünki biz hamımız peşəkarıq və vəziyyəti başa düşürük."
Xatırladaq ki, qolkiper millinin martın 1-də açıqlanan genişləndirilmiş siyahısına daxil edilib.