10 avqust 2026. Bazar ertəsi

“Neftçi” və “Qarabağ” azarkeşlərinə görə cəza alıb


“Neftçi” və “Qarabağ” azarkeşlərinə görə cəza alıb

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

90deqiqe.az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XXV turunda baş verənlər müzakirə olunub.

Komitə müvafiq qərarlar verib. “Turan Tovuz”la oyunda qırmızı vərəqə alan “Zirə”nin futbolçusu İssa Cibrila 1 matç cəzalanıb, klubu 800 manat cərimə edilib. “Qəbələ” – “Səbail” qarşılaşmasında meydan sahiblərini azlıqda qoyan Lukas Afrikonun da cəzası eyni olub.

Komitə “Neftçi” – “Qarabağ” matçı ilə də bağlı qərarlar verib. 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 700 manat cərimələnib. Görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” 800 manat ziyana düşüb.

Paytaxt klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” klubu 1000 manat cərimə edilib. “Qarabağ” azarkeşləri tərəfindən rəqib futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 1000 manat cərimə ödəyəcək.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı