3 may 2026. Bazar günü

"Zirə" "Kəpəz"in seriyasını qırdı


"Zirə" "Kəpəz"in seriyasını qırdı

Bu gün Azərbaycan Premyer Liqasında XXVII turun daha 2 oyunu keçiriləcək.

İdman.biz xəbər verir ki, hər iki qarşılaşma paytaxtda baş tutacaq.

“Zirə” “Kəpəz”i Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib. Son 3 turda uduzmayan Gəncə klubu uğurlu seriyanı davam etdirmək arzusunda olsa da, liderlər qrupundan uzaq düşməmək üçün yarışan Rəşad Sadıqovun komandası yekunda qələbəni bayram edib. "Qartallar" yekunda 2:1 hesabı ilə qalib olublar.

Günün ikinci matçında isə “Araz-Naxçıvan” Liv Bona Dea Arenada “Qəbələ”ni sınağa çəkəcək. 

“Araz-Naxçıvan” son 3, “Qəbələ” isə 5 oyunda meydanı xalsız tərk edib. Qəbələ futbolçuları sonunsu dəfə ötən ilin dekabrında qələbə qazanıblar.

Qeyd edək ki, tura martın 17-də yekun vurulacaq.







Misli Premyer liqa

“Qarabağ” “700”ə çatdı
  • Misli Premyer liqa
  • 11:39 28.04.2026
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
  • Misli Premyer liqa
  • 11:27 28.04.2026
Səfərdə 50-ci sülh