14 iyul 2026. Çərşənbə axşamı

I liqada 19-cu tur start götürür


I liqada 19-cu tur start götürür

I Liqada 19-cu tur start götürəcək. 

90deqiqe.az xəbər verir ki, bu gün I liqada növbəti matçlar keçirləcək. Turun ilk oyunlarında biri Yevlax şəhər stadionunda “Karvan” – “Difai Ağsu” arasında olacaq. Lökbatan OİK stadionunda isə “Qaradağ Lökbatan” – “İrəvan” matçını izləyəcəyik. Hər iki matç 15:00da başlayacaq. 

Saat 16:00da isə “Araz Saatlı” – “Mingəçevir” görüşü baş tutacaq. Oyun Saatlı OİK stadionunda təşkil ediləcək. 

Tura sabah yekun vurulacaq. Zaqatala OİK stadionunda “Zaqatala” – MOİK, Heydər Əliyev adına İmişli şəhər stadionunda isə “İmişli” – “Şamaxı” matçı keçiriləcək. İlk oyun 15:00da, ikinci görüş isə 16:00da start götürəcək. 

Qeyd edək ki, turnir cədvəlinə 36 xalla “Qaradağ Lökbatan” başçılıq edir. Hərəyə 35 xal toplayan MOİK "İmişli" isə 2-3-cü yerləri bölüşürlər. 







Misli Premyer liqa

"İmişli" Fərid Nəbiyevi heyətinə qatdı
  • Misli Premyer liqa
  • 09:29 08.07.2026
"İmişli" Fərid Nəbiyevi heyətinə qatdı