17 mart 2026. Çərşənbə axşamı

Misli Premyer Liqası : Açılış Qəbələdə olacaq


Misli Premyer Liqası : Açılış Qəbələdə olacaq

Milli komandaların oyunları ilə əlaqədar olaraq Misli Premyer Liqasında yaranmış fasiləyə martın 29-u yekun vurulacaq. XXVIII tur çərçivəsində təşkil olunacaq qarşılaşmaların 3-ü paytaxtda, biri Sumqayıtda, digəri isə Qəbələdə təşkil olunacaq.

90deqiqe.az xəbər verir ki, turun açılış qarşılaşmasında turnir cədvəlinin autsayderi “Qəbələ” doğma azarkeşləri qarşısında “Neftçi” ilə münasibətlərə aydınlıq gətirəcək. Bu, tərəflərin mövsümdə 4-cü qarşılaşması olacaq. “Ağ-Qaralar” bu görüşlərin hər birində qələbə qazanıb. Əyalət təmsilçisində işlər heç də qaydasında getmir. Kaxaber Tsxazadzenin komandaya gəlişindən sonra “radarlar” gözlənilənlərin əksinə olaraq qələbə qazana bilməyib. Maraqlıdır ki, “Qəbələ” ümumiyyətlə 2024-cü ildə Misli Premyer Liqası çərçivəsində meydanı 3 xalla tərk etməyə müyəssər olmayıb.

“Neftçi”də isə son turda “Səbail” üzərində qazanılan qələbə özünəinamı artırıb. Miodraq Bojoviçin kollektivi hazırda 40 xalla “Sabah”la bilikdə 2-3-cü pillələri bölüşür. Paytaxt təmsilçisinin azarkeşləri komandanın bölgə klubunu məğlub etməklə ardıcıl ikinci qələbəni əldə edəcəyinə ümid bəsləyirlər. Qəbələ Şəhər stadionunda təşkil olunacaq qarşılaşma martın 29-u saat 16:30 start götürəcək. Görüşü Cavid Cəlilovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi