17 mart 2026. Çərşənbə axşamı

"Qarabağ" bu gün çempion olacaq? - ARAŞDIRMA


"Qarabağ" bu gün çempion olacaq? - ARAŞDIRMA

Misli Premyer Liqasında 28-ci tur start götürür. 

90deqiqe.az xəbər verir ki, günün ikinici matçında "Kəpəz" Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ"ı qəbul edəcək. Komandaların bu mövsümki qarşılaşmalarında Ağdam təmsilçisi 2 qələbə qazanıb, 1 görüşdə isə qalib müəyyənləşməyib. Qurban Qurbanovun yetirmələri daxili çempionatda 16 oyundur məğlub olmur və hazırda ən yaxın izləyicisi “Sabah”ı 26 xal qabaqlayır. Adil Şükürovun futbolçuları isə qeyri-stabil oyun nümayiş etdirirlər. Gəncə klubunun son 3 qarşılaşmasında 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət qeydə alınıb. Gəncə şəhər stadionunun əsaslı təmirə bağlanması ilə əlaqədar olaraq Qərb təmsilçisi rəqibini Tofiq Bəhrəmov adına Respublika stadionunda qəbul edəcək. Rauf Cabbarovun baş hakim olacağı qarşılaşma saat 19-da start götürəcək.

Ağdam təmsilçisi qələbə qazanacağı halda xalını 69-a yüksəldəcək və tarixində 11-ci dəfə Azərbaycan çempionu olacaq. Qurban Qurbanovun komandasının və onun ən yaxın izləyicilərinin növbəti turda qələbəsi təqdirində çempionatın bitməsinə 8 tur qalmış komandalar arasında xal fərqi yenə 26 olacaq. Bu o deməkdir ki, "Qarabağ" hətta bundan sonra bütün 8 matçda uduzsa, ikinci pillədəki komanda isə bütün oyunlarda qalib gəlsə belə, ağdamlılar liderliyi əldən verməyəcəklər. Ağdam klubu üçün ən pis halda yekunda liderlə ikinci pillə arasında xal fərqi cəmi 2 olacaq. İlk dəfə 1992-ci ildə üz-üzə gələn rəqiblər indiyədək 56 dəfə qarşılaşıb. “Qarabağ” -  31 dəfə qalib gəlib. 11 heç-heçə edən Kəpəz – 14 qələbə. Top fərqidə isə Kəpəzin üstünlüyünü görürük. 29-40.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi