10 avqust 2026. Bazar ertəsi

Maksim Lunevin “Qarabağ”da qalmasını istəyir


Maksim Lunevin “Qarabağ”da qalmasını istəyir

"Qarabağ"ın kapitanı Maksim Medvedev klubun qapıçısı Andrey Lunevlə müqavilənin uzadılması haqda danışıb.

90deqiqe.Az  xəbər verir ki, 34 yaşlı futbolçu rusiyalı qolkiperin "köhlən atlar"da çıxışını davam etdirərsə buna sevinəcəyini bildirib.

"Danışıqlar davam edir. Belə bir mövsümdən sonra Andreyin "Qarabağ"da çıxışını davam etdirməsinə maraq olduğu aydındır. Onun da karyerasında öz məqsədləri var və əgər o və klub rəhbərliyi əməkdaşlığı davam etdirmək üçün ortaq nöqtələr tapa bilsələr, o zaman belə bir qapıçının “Qarabağ”da oynamasına sevinərəm."

Rusiyalı qolkiperlə müqavilənin müddəti yayda başa çatır.

Lunev 2023-cü ilin avqustundan Azərbaycan yığmasında çıxış edir. “Qarabağ” vaxtından əvvəl ölkə çempionu olub.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı