14 dekabr 2025. Bazar günü

Azərbaycan Kubokunda yarımfinal mərhələsi başlayır


 Azərbaycan Kubokunda yarımfinal mərhələsi başlayır

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin start veriləcək. İlk oyun günündə Azərbaycan derbisi baş tutacaq. Sabah isə “Qəbələ” “Zirə”nin qonağı olacaq.

90deqiqe.az xəbər verir ki, Azərbaycan Kubokunda yarımfinal mərhələsi çərçivəsində ilk matçlar keçiriləcək. İlk oyun  günündə “Neftçi” doğma meydanda “Qarabağ”la münasibətlərə aydınlıq gətirəcək. Bu komandalar kubokda sonuncu dəfə 2016/2017-ci illər mövsümündə üz-üzə gəlib. Həmin görüşlərdə sevinən tərəf Ağdam təmsilçisi olub. Tərəflər daha əvvəl ölkə kubokunun bu mərhələsində 3 dəfə qarşılaşıb. Bunlardan 2-də “Qarabağ”, 1-də isə “Neftçi” sevinən tərəf olub.  Ümümiyətlə “köhlən atlar” son 5 matçda rəqibinə uduzmayıb. “Ağ-qaralar” isə kubok çərçivəsində son 3 oyundur rəqibinin qapısına yol tapa bilmir. “Neftçi Arena”da keçiriləcək oyunu Rəvan Həmzəzadə idarə edəcək. Görüş saat 20-də start götürəcək.

Digər yarımfinal duelində aprelin 3-ü  “Zirə” ilə “Qəbələ” üz-üzə gələcək. Liqada heç bir iddiası olmayan əyalət təmsilçisi gözünü bu turnirə dikib. Rəşad Sadıqovun kollektivi isə əvvəlcə finala adlamaq, daha sonra isə klub tarixindəki ilk titulu qazanmaq niyyətindədir. Komandalar indiyədək Azərbaycan kubokunda yalnız 2015/2016-cı illər mövsümünün 1/4 finalında qarşılaşıb. O zaman yarımfinala vəsiqəni bölgə təmsilçisi əldə etmişdi. Onu da qeyd etmək lazımdır ki, tərəflər arasında keçirilmiş hər 2 görüşdə kollektivlərdən hər biri fərqlənməyi bacarıb. Saat 19-da start fiti İnqilab Məmmədov tərəfindən səsələnəcək oyun Zirə idman Kompleksinin Stadionuda təşkil ediləcək.







Misli Premyer liqa

"Sabah" səfərdə "Turan Tovuz"a qalib gəlib
  • Misli Premyer liqa
  • 18:33 13.12.2025
"Sabah" səfərdə "Turan Tovuz"a qalib gəlib
“Şamaxı” “Zirə”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 16:00 13.12.2025
“Şamaxı” “Zirə”ni məğlub etdi
“Neftçi”yə yalnız çempionluq yaraşır”
  • Misli Premyer liqa
  • 13:10 13.12.2025
“Neftçi”yə yalnız çempionluq yaraşır”
“Sumqayıt” “İmişli”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 22:38 09.12.2025
“Sumqayıt” “İmişli”ni məğlub etdi
"Neftçi" yeni baş məşqçisini bəlli oldu
  • Misli Premyer liqa
  • 15:22 09.12.2025
"Neftçi" yeni baş məşqçisini bəlli oldu
Mövsümdə 3-cü
  • Misli Premyer liqa
  • 11:47 09.12.2025
Mövsümdə 3-cü
"Sabah” “Neftçi”yə qalib gəldi
  • Misli Premyer liqa
  • 23:06 08.12.2025
"Sabah” “Neftçi”yə qalib gəldi