17 mart 2026. Çərşənbə axşamı

Zirə'yə Maddi və texniki dəstək veriləcək - Şüvəlan'dan bəyanat


Zirə'yə Maddi və texniki dəstək veriləcək - Şüvəlan'dan bəyanat

2018/2019 mövsümündə I Divizionda çıxış etmiş "Şüvəlan" klubu fəaliyyətini dayandırması bağlı bəyanat yayıb.

Corner.az-ın məlumata görə rəsmi açıqlamada deyilir:

"Uzun illərdən bəri Azərbaycanın Bakı şəhərinin Şüvəlan qəsəbəsini təmsil edən Şüvəlan Futbol Klubu bir çox futbol turnirlərində ölkəmizi təmsil edərək müxtəlif mükafatlar uğrunda apardığı mübarizə və qazandığı nailiyyətlərlə Azərbaycan futboluna töhfəsini verib, habelə bir sıra yeniyetmə və peşəkar gənc futbolçuların yetişdirilməsində böyük əməyi olub. Buna baxmayaraq, son zamanlar Premyer Liqa komandaları arasında rəqabətin güclənməsi, o cümlədən, “Şüvəlan”da səmərəli idarəetmənin həyata keçirilməsi kluba əlavə maliyyə mənbəyinin cəlb edilməsi zərurətini ortaya çıxarıb. Bu tələbləri nəzərə alaraq, “Silk Way Holding” və klub rəhbərliyi arasında məsləhətləşmələr aparılıb. Bakıətrafı qəsəbələr üzrə daha güclü, peşəkar və rəqabət qabiliyyətli klubla təmsil olunmaq məqsədi ilə qısa vaxt ərzində böyük nailiyyətlərə imza atan “Zirə” Futbol Klubuna dəstək olunması qərara alınıb".

Qeyd edək ki, Şüvəlan qəsəbəsində inşa edilmiş təlim-məşq bazası müasir infrastruktura və geniş potensiala malikdir. Bu baxımdan “Şüvəlan” Futbol Klubu mövcud maddi-texniki təminat və infrastrukturla “Zirə” Futbol Klubuna dəstək olacaq. Eyni zamanda “Silk Way” “Zirə” Futbol Klubuna sponsorluğunu davam etdirəcəyini bəyan edib.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi