12 iyul 2026. Bazar günü

Bir matçdan daha çoxu: "Sabah" - "Səbail" matçına nələr nəzərdə tutulub?


Bir matçdan daha çoxu: "Sabah" - "Səbail" matçına nələr nəzərdə tutulub?

Misli Premyer Liqasının 32-ci turu çərçivəsində baş tutacaq “Sabah” – “Səbail” oyununa daha çox tamaşaçı gəlməsi və stadionda əsl futbol ab-havasının yaradılması məqsədilə lotereya təşkil edilməsi nəzərdə tutulub.

90deqiqe.az xəbər verir ki, bu səbəbdən oyun günü planı ilə bağlı bəzi məsələlər nəzərdə tutulub.

Oyundan bir saat öncə, saat 17:00-da aparıcı meydançada və onun kənarında tamaşaçılara lotereya bağlı ətraflı məlumat verəcək. Komandalar isinmə hərəkətlərinə çıxdığı zaman aparıcı meydançadan kənarda olacaq. Fasilədə, komandalar meydançanı tərk etdikdən sonra eyni prosesin davam etdirilməsi nəzərdə tutulub. Bu zaman stadionun monitorunda lotereya ilə bağlı məlumat xarakterli reklam rolikləri nümayiş etdiriləcək.

Oyun bitdikdən, komandalar meydançanı tərk etdikdən sonra isə meydançada qaliblərin elan olunması və mükafatların təqdim edilməsi prosesinə start veriləcək. Proses komandalar meydançanı tam tərk etdikdən sonra başlayacaq.

Matçın diktoru oyundan öncə və fasilədə tamaşaçıları oyundan dərhal sonra stadionu tərk etməmələri ilə bağlı məlumat xarakterli bildirişi səsləndirəcək.

Əlavə olaraq, bu oyuna kimi çempionluğu təmin edən yerli klubun 19 yaşlılardab ibarət kollektivi üçün, matçdan bir neçə dəqiqə öncə bağlı təbrik mətni səsləndiriləcək.

Qeyd edək ki, 32-ci turun açılış görüşü "Sabah" - "Səbail" matçı bu gün 18:00da start götürür.







Misli Premyer liqa

"İmişli" Fərid Nəbiyevi heyətinə qatdı
  • Misli Premyer liqa
  • 09:29 08.07.2026
"İmişli" Fərid Nəbiyevi heyətinə qatdı
"Kəpəz" Camal Cəfərovla vidalaşdı
  • Misli Premyer liqa
  • 15:25 07.07.2026
"Kəpəz" Camal Cəfərovla vidalaşdı
"Qəbələ" Eduardo Kunde ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:19 07.07.2026
"Qəbələ" Eduardo Kunde ilə vidalaşdı