21 aprel 2026. Çərşənbə axşamı

32-ci tura Bakıda yekun vurulur


32-ci tura Bakıda yekun vurulur

Bu gün Misli Premyer Liqasında XXXII tura yekun vurulur. 

90deqiqe.az xəbər verir ki, tura Bakıda yekun vurulacaq. “Zirə İdman Kompleksinin stadionu”nda eyniadlı komanda “Araz-Naxçıvan”la qarşılaşacaq. 49 xalla ikinci pillədə qərarlaşan “qartallar”da vəziyyət yaxşıdır. Naxçıvan təmsilçisinə gəldikdə, onların hazırkı durumu ürəkaçan deyil. Azər Bağırovun ayrılığı komandaya təsirsiz ötüşnməyib. Elmar Baxşıyevlə iki oyuna çıxan “ağ-qırmızılar” meydanı xalsız tərk ediblər. Rəqib torunu bir dəfə belə silkələməyən naxçıvanlılar qapılarında 5 qol görüblər. Komandalar indiyədək 3 dəfə üz-üzə gəliblər ki, bunlar da cari mövsümə təsadüf edir. Hərəyə 1 qələbə qazanan tərəflər, 1 matçda bərabərliyə razı olublar. Aprelin 29-da oynanılacaq görüşün başlama vaxtı saat 19-a təyin edilib.

“Araz-Naxçıvan”ın aktivində 32, "Zirə"nin isə 49 xalı var. 







Misli Premyer liqa

Premyer Liqada son 10 mövsümün rekordu
  • Misli Premyer liqa
  • 11:48 20.04.2026
Premyer Liqada son 10 mövsümün rekordu
100-cü sülh
  • Misli Premyer liqa
  • 11:04 20.04.2026
100-cü sülh
25-ci səfər qələbəsi, 10-cu böyük hesab
  • Misli Premyer liqa
  • 10:43 20.04.2026
25-ci səfər qələbəsi, 10-cu böyük hesab
“Səhvlərə göz yummaq olmaz”
  • Misli Premyer liqa
  • 22:52 18.04.2026
“Səhvlərə göz yummaq olmaz”