17 mart 2026. Çərşənbə axşamı

Səbail dağılır? - Futbolçulara getməyə icazə verildi


Səbail dağılır? - Futbolçulara getməyə icazə verildi

“Səbail”də bu gün klubdaxili iclas keçirilib.

Corner.az Futbolinfo.az-a istinadla xəbər verir ki, toplantıda klubun taleyi ilə bağlı gözlənilməz qərarlar verilib.

Günorta saatlarında müsahibə verən baş məşqçi Aftandil Hacıyev klubda müəyyən dəyişikliklərin olmasının mümkünlüyünü diqqətə çatdırmışdı. O, futbolçulara 2 aydı maaş verilmədiyi xəbərini təsdiqləmiş, bugünkü iclasda hər şeyə aydınlıq gələcəyini bildirmişdi.

İclas başa çatdıqdan sonra Hacıyev yenidən açıqlama verib. O, klubun icraçı direktoru Ramin Həsənovun bütün kollektivi bir yerə topladığını və xəbərdarlıq etdiyini bildirdi: “Rəhbərlik maliyyə çatışmazlığı olduğunu, gecikmələrin il boyunca davam edə biləcəyini bildirdi. Bu səbəbdən getmək istəyən oyunçuları danışığa çağırdı. Qalmaq istəməyənlər rəhbərliklə müqavilələrin qarşılıqlı razılıqla pozulması üçün danışıq apara bilər. Şəxsən mənimlə bağlı heç nə deyilmədi. Proseslərin necə davam edəcəyini gözləyəcəyik. Hələlik başqa heç nə deyə bilmərəm”.

Əldə etdiyimiz məlumata görə, “Səbail” bu mövsüm gənclərlə oynamaq, gələn çempionatda isə çıxışını birdəfəlik dayandırmaq niyyətindədi. Nəinki legionerlər, artıq aparıcı yerli futbolçular da yeni iş yeri axtarışına başlayıb. AFFA-nın maliyyələşdirdiyi kluba belə münasibətinin özəl səbəbləri var, klubdaxili qarşıdurmaların əks-sədasıdı.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi