12 iyul 2026. Bazar günü

“Qarabağ”dan yeni rekord


“Qarabağ”dan yeni rekord

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024-cü illər mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası buna XXXIII turda nail olub. “Neftçi” üzərində 5:0 hesablı qələbə ilə öz meydanındakı qol sayı 50-yə yüksəlib.

Bu, klubun tarixində yeni rekorddur. Ağdam təmsilçisi 2021/2022-ci illər mövsümündə evdə 47 qol vurmuşdu.

Bu, həm də Azərbaycan çempionatlarında son 25 ilin rekordudur. Yarışın tarixinin mütləq rekordu isə Sumqayıt “Xəzər”inə məxsusdur. 1992-ci ildə sumqayıtlılar qonaqların qapısından 70 top keçiriblər.







Misli Premyer liqa

"İmişli" Fərid Nəbiyevi heyətinə qatdı
  • Misli Premyer liqa
  • 09:29 08.07.2026
"İmişli" Fərid Nəbiyevi heyətinə qatdı
"Kəpəz" Camal Cəfərovla vidalaşdı
  • Misli Premyer liqa
  • 15:25 07.07.2026
"Kəpəz" Camal Cəfərovla vidalaşdı
"Qəbələ" Eduardo Kunde ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:19 07.07.2026
"Qəbələ" Eduardo Kunde ilə vidalaşdı