22 oktyabr 2024. Çərşənbə axşamı

PFL Azərbaycan çempionları üçün hazırlanmış yeni kubok və medalları təqdim edib


PFL Azərbaycan çempionları üçün hazırlanmış yeni kubok və medalları təqdim edib

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan çempionatlarında qaliblərə veriləcək yeni kubok və medalları təqdim edib.

90deqiqe.Az  PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının yeni kuboku xüsusi dizaynla hazırlanıb.

Kubokun hündürlüyü 68 santimetr, çəkisi 9 kiloqramdır. Çempionun mükafatı gümüş örtüklə cilalanıb. Kubokun aşağı hissəsində 10 komandanın çempionluq uğrunda mübarizə aparması, üzərində Premyer Liqada iştirak edən hər bir klubun öz ulduzu əks olunub. Bütün rəqiblərini qabaqlayaraq çempion olan komandanın ulduzu digərlərindən ölçüsünə görə fərqlənir.

Kubokun üzərində Azərbaycan Bayrağı təsvir olunub. Bu, bütün anların üçrəngli Bayrağımızın altında yaşandığını əks etdirir. Kubokun tutacaq hissələrində birlik və bərabərliyin təcəssümü ilə yanaşı, tarixi irsimizdən hər zaman güc alıb, buna söykənərək ucalara qalxa biləcəyimizi nümayiş etdirən buta ornamentləri təsvir olunub.

Ümumilikdə kubokda bütün Azərbaycan xalqının, eləcə də futbol ictimaiyyətinin şanlı Bayrağımızın altında bir olması və tariximizdən güc alaraq ucalara qalxmasının mümkünlüyü müxtəlif simvollarla əksini tapıb.

Əvəzedicilər Liqası, I Liqa və II Liqanın qalibinə verilən kuboklar da xüsusi dizayn ilə hazırlanıb. Burada hər bir liqanın xüsusiyyətlərini özündə əks etdirən məqamlar qeyd olunub. Kuboklarda liqada çıxış edən komandaların saylarına və hədəflərinə xüsusi işarələr öz əksini tapıb.

Qeyd edək ki, yarışlarda qalib və mükafatçılara veriləcək medallar da yeni dizaynda hazırlanıb.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir