2 may 2026. Şənbə

“Qarabağ” Qətərə gedəcək


“Qarabağ” Qətərə gedəcək

“Qarabağ” akademiyasının komandaları beynəlxalq səfərlərə yollanacaq.

90deqiqe.Az xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

“Qarabağ”ın iki komandası Türkiyəyə, ikisi Qətərə gedir. U-9 və U-14 Türkiyənin Antalya şəhərində təşkil olunacaq “Junior World Cup”da mübarizəyə başlayıb. Turnir mayın 17-19-da keçiriləcək.

U-9-un rəqibləri arasında “Fatih Karagümrük”, “Antalyaspor”, “Beşiktaş” və “Paxtakor” (Özbəkistan) kimi komandalar olacaq. U-14 isə “Antalyaspor”, “Oina” (Qazaxıstan), “Sabah”, “Dinamo” (Batumi, Gürcüstan) və digər rəqiblərlə mübarizə aparacaq.

U-15 və U-17 isə Qətərdə təşkil olunacaq “Aspire Academy Friendly Series”də iştirak edəcək. Akademiyanın meneceri Nail Kərimov və koordinatoru Aftandil Hacıyevin başçılıq etdiyi səfər çərçivəsində komandalar iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Bu matçlar ayın 19-da və 21-də baş tutacaq. Bununla da “Qarabağ” akademiyasının mövsüm ərzindəki beynəlxalq səfərlərinin sayı 8-ə çatacaq.







Misli Premyer liqa

“Qarabağ” “700”ə çatdı
  • Misli Premyer liqa
  • 11:39 28.04.2026
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
  • Misli Premyer liqa
  • 11:27 28.04.2026
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
  • Misli Premyer liqa
  • 11:21 28.04.2026
XXI əsrin antirekordu