20 aprel 2026. Bazar ertəsi

Tsxadadze daha 3 il "Qəbələ"də


Tsxadadze daha 3 il "Qəbələ"də

Premyer Liqada sonuncu yeri tutaraq növbəti mövsüm I Liqada çıxış edəcək "Qəbələ" klubu, baş məşqçi ilə müqavilə müddətini uzadıb.

90deqiqe.Az klubun saytına istinadən xəbər verir ki, 55 yaşlı gürcüstanlı mütəxəssislə yeni şərtlərlə bağlanan anlaşma 3 il müddətinə nəzərdə tutulub. Tsxadadze və onun köməkçisi George Çixradze 2027-ci ilin yayına qədər “Qəbələ”də çalışacaqlar.

Tsxadadze 2024-cü ilin fevralın 25-də “qırmızı-qaralar”ın baş məşqçisi təyin olunub. O, buna qədər Azərbaycanda “Standard” (2008) və “İnter”in (2009-14), vətənində “Lokomotiv” (Tbilisi, 2001-02), “Dinamo” (Tbilisi, 2005-06, 2021-22), “Sioni” (2006-07), Qazaxıstanda “Kayrat” (2016-17), “Ordabası” (2018-20), “Kaspi” (2022-23) klublarında, Gürcüstanın gənclər (2009) və əsas (2015-16) millisində baş məşqçi olub. 







Misli Premyer liqa

“Səhvlərə göz yummaq olmaz”
  • Misli Premyer liqa
  • 22:52 18.04.2026
“Səhvlərə göz yummaq olmaz”
“Karvan-Yevlax”dan ardıcıl ikinci qələbə
  • Misli Premyer liqa
  • 18:22 18.04.2026
“Karvan-Yevlax”dan ardıcıl ikinci qələbə
“Neftçi” “Zirə” ilə heç-heçə edib
  • Misli Premyer liqa
  • 22:06 17.04.2026
“Neftçi” “Zirə” ilə heç-heçə edib
“Qarabağ” 700 manat cərimələnib
  • Misli Premyer liqa
  • 12:43 15.04.2026
“Qarabağ” 700 manat cərimələnib