20 sentyabr 2026. Bazar günü

Sumqayıt'ın baş məşqçisi istefa verdi


Sumqayıt'ın baş məşqçisi istefa verdi

Corner.az-ın məlumatına görə, klubun saytında bildirilir ki, "Sumqayıt" FK-nın baş məşqçisi Nazim Süleymanov səhhəti ilə əlaqədar olaraq, klub rəhbərliyi ilə bağlanmış müqaviləyə xitam verilməsi üçün Müşahidə Şurasına müraciət etmişdir. Adıçəkilən mütəxəssisin ərizəsi keçirilən iclasda Müşahidə Şurasının üzvləri tərəfindən qəbul edilmiş, onunla bağlanmış müqaviləyə 12.11.2018-ci il tarixindən xitam verilməsinə razılıq verilmişdir. Müşahidə Şurası bu qərarı icra üçün klubun rəhbərliyinə təqdim etmişdir.

"Sumqayıt" FK Nazim Süleymanova klubumuza göstərdiyi xitmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayır.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol