15 iyun 2024. Şənbə

AFFA İntizam Komitəsi yeni cərimələri açıqladı


AFFA İntizam Komitəsi yeni cərimələri açıqladı

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 36-cı turunda qeydə alınmış qayda pozuntuları ilə bağlı cərimələri açıqlayıb.

90deqiqe.Az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki,  Misli Premyer Liqasında XXXVI turun “Zirə” – “Səbail” oyunu bitdikdən sonra “Zirə” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Zirə” klubu 1500 manat, "Səbail” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” klubu 700 manat, həmçinin, oyunun70-ci dəqiqəsində “Səbail” klubunun 88 nömrəli futbolçusu Valdemar Almeyda ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Səbail” klubu 500 manat cərimə edilib. 

“Sumqayıt” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” klubu 700 manat, oyununun 90+5-ci dəqiqəsində “Sumqayıt” klubunun tərcüməçisi Şahin Abdullayev oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Sumqayıt” klubu 1000 manat cərimə edilib. Həmçinin, oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilib. 

25.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXVI turun “Neftçi” – “Sabah” oyununun 90+1-ci dəqiqəsində “Neftçi” klubunun 6 nömrəli futbolçusu Dieqo Valdez təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Neftçi” klubu 3000 manat cərimə edilib. Əlavəyolaraq, oyununun 90+2-ci dəqiqəsində “Neftçi” klubunun baş məşqçisi Miodraq Bojoviç hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb, “Neftçi” klubu 4000 manat cərimə edilib. Həmin oyunda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə  klub 800 manat, rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” klubu 1000 manat, azarkeşlər tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilib. 

Həmin oyunda "Sabah" klubunun oyunçusu Kahim Parris 90+1-ci dəqiqədə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Sabah” klubu 3000 manat cərimə edilib. Həmçinin, “Sabah” klubunun 3 nömrəli futbolçusu Con İrasabal təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Sabah” klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 aydır. Eyni davranışa görə "Sabah” klubunun 6 nömrəli futbolçusu Abdulax Xaybulaev birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Sabah” klubu 3000 manat cərimə edilib. 

 Sonuncu turda “Sabah” klubunun 3 futbolçusu qırmızı vərəqə aldığı üçün 3000 manat, klubun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilib. 

 26.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXVI turun “Turan Tovuz” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” klubu 800 manat cərimə edilib. 

27.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXVI turun “Turan Tovuz-2” – “Kəpəz-2” matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Turan Tovuz-2” komandası 80 manat cərimə edilib. 

27.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXVI turun “Turan Tovuz-2” – “Kəpəz-2” oyunundan əvvəl “Turan Tovuz-2” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz-2” komandası 150 manat cərimə edilib. 

29.05.2024-cü il tarixində II Liqada pley-off mərhələsinin ilk oyunu “Şəfa” – “Hypers” oyununda “Şəfa” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şəfa” komandası 150 manat cərimə edilib. 







Misli Premyer liqa

"Kəpəz" iki oyunçu ilə yollarını ayırıb
  • Misli Premyer liqa
  • 16:07 15.06.2024
"Kəpəz" iki oyunçu ilə yollarını ayırıb
"Sabah" Kristian Sebalyosla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 17:03 14.06.2024
"Sabah" Kristian Sebalyosla yollarını ayırdı
Azərbaycan klubunda növbəti ayrılıq
  • Misli Premyer liqa
  • 13:58 13.06.2024
Azərbaycan klubunda növbəti ayrılıq
Ayxan Abbasov rəsmən "Şamaxı"da
  • Misli Premyer liqa
  • 11:02 13.06.2024
Ayxan Abbasov rəsmən "Şamaxı"da